dini radikalizm və ekstremizmlə mübarizə

Vaksinlərin Azərbaycanda birgə istehsalının genişləndirilməsi üzərində işləyirik - Putin

Baxış Sayı:206

Vaksinlərin Azərbaycanda birgə istehsalının genişləndirilməsi üzərində işləyirik - Putin

Vaksinlərin Azərbaycanda birgə istehsalının genişləndirilməsi üzərində işləyirik.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev Rusiyada görüşü zamanı deyib.

Rusiya dövlət başçısı bildirib:

Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib.

Prezident İlham Əliyev: Hətta daha çox.

Prezident Vladimir Putin: Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işləyirik. Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR