dini radikalizm və ekstremizmlə mübarizə

ROMA XOSROV: SÖZ VERMİŞDİM VƏ ƏMƏL ETDİM


Çox vaxt valideynlər övladının məzun olduğun paylaşır, amma, bu gün fərqli gündür bir həyat yoldaşı öz qadınının məzun olmağının sevincini yaşayır.
-Biz hələ ailə həyatı qurmamışdıq, o vaxt yoldaşıma söz verdim ki, təhsilə həvəsin olduğuna görə evlilikdən sonra sənə təhsil verəcəyimə söz verirəm.
Ən böyük arzusu Bakı Dövlət Universitetinin tələbəsi olmaq idi.
İlk dəfə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul oldu -təhsildən imtina etdi.
İkinci dəfə Sumqayıt Dövlət Universitetinə qəbul oldu -yenə təhsildən imtina etdik.
Və hazırlığa qoydum daha çox çalışdı, daha çox oxudu beləliklə Bakı Dövlət Universitetinin Gelogiya fakültəsinə qəbul oldu illik 1400 manat qiyabi 5 il təhsil yolu.
Çox çətin oldu indiki dövr üçün gənc, kasıb ailə və üstəgəl illik ödəniş, dərs vaxtı maddi xərclər, amma, buna baxmayaraq bacardıq.
Təhsil aldığı ilk kursdan sinif nümayəndəsi oldu və hər dəfə o dərslərin oxusun deyə çox vaxt bütün ev işlərin də özüm gördüm bu bizim birgə addımladığımız ömür yolunda ən böyük uğurlarımızdan biridir.
Arzuladığın universitetin məzunu olmağın münasibəti ilə səni təbrik edirəm ÖMÜR YOLDAŞIM həmişə yanındayam, həmişə sənin uğur qazanmağınçün, sevinməyinçün hər çətinliyə sinə gərməyə hazıram.

P.S. öz adımdan və rəhbərlik etdiyim Djb.az kollektivi adından gənc ailənin sevincinə şərik olaraq təbrik edirik.
Sizlərin çiyin-çiyinə verərək hər bir çətinliyi qəth etməniz məhəbbətinizin gücüdür. Sevgi olan yerdə hər bir çəyinliyə sinə gərmək olduğunu bir daha gənclərə göstərdiniz.
Uğurlarınız bol olsun. Gün o gün olsun övladlarınız tələbə adını qazansın.


Almaz İlahə

Oxunub: 862
Oxşar xəbərlər
SON XƏBƏRLƏR