dini radikalizm və ekstremizmlə mübarizə

Gəlişi şanlı tariximizə qızıl hərflərlə yazılmış Lider

Baxış Sayı:421


Djb.az xəbər verir.
14 iyul 1969-cu il tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk dəfə gəlişi kimi şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Azərbaycan xalqının tarixində intibah dövrünün başlanğıcı olan bu gün hər zaman böyük ehtiram və hörmətlə anılmışdır.

Bu qürur dolu tariximizdən artıq 52 il ötür. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri öncə rayonun Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksini ziyarət edərək abidənin önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini yad etmiş və ehtiramlarını ifadə etmişlər.
Daha sonra YAP Suraxanı rayon təşkilatının nümayəndə heyəti Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin və onun ömür-gün yoldaşı, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın əbədi istirahətgahlarını ziyarət etmiş, tər çiçəklər düzmüş, dərin hörmət və ehtiramlarını ifadə etmişlər.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR