dini radikalizm və ekstremizmlə mübarizə

"Türkiyə ilə biz birlikdəyik,bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq"...


Uzun illər diqqət çəkəcək Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənəddir. Bəyannamə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin, iki qardaş ölkə arasında imzalanmış sənədlərə, beynəlxalq hüquqa, BMT-dən tutumuş digər beynəlxalq və regional təşkilatlara qədər bütün qurumların Qarabağla bağlı qərar və qətnamərinin ruhunu ifadə edir. Bu sənəd hərbi-strateji, siyasi, iqtisadi, regional, geosiyasi və geoiqtisadi və sair cəhətdlərdən çox mühüm əhəmiyyət kəsb edir.
Şuşa Bəyannaməsinin əhəmiyytinin həmin aspektləri Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatlarnda və digər açıqlamalırında çox aydın şəkildə öz əksini tapıb. Azərbaycan prezidenti bildirub ki, Türkiyə ilə biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq.Bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb.Türkiyə prezidenti Azərbaycan prezidentinin açıqlmasının davamı kimi bildirib ki,“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Bu bəyannamənim əhəmiyyəti bir də onunla əlaqədardır ki,onu dünya miqyasında güc mərkəzinə çevrilmiş Türkiyə ilə tarixdə çox nadir hadisələrdən birini- işğal altında olan torpaqlarını işğaldan azad etməyi bacaran Azərbaycan imzalayıb.Bu iki qardaş ölknin gücünü birləşdirilməsi ki, elə bir təminatdır ki,bu gücə heç kim qalib gələ bilməz. Ona görə də xüsusi qeyd edilməlidir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasındaki strateji əməkdaşlığı ən yüksək səviyyəyə qaldırılmaqla yanaşı, həm də keyfiyyətcə daha yüksək işbirliyinin güclü təminatıdır.Bu təminatlı işbirliyinə qoşulan gücünə güc qatar,44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqlardan yalnız fayda görə bilər. Şuşa bəyannaməsi Azərbaycanın milli təhlükəsizlik, müstəqilliyimizə real məzmun verilmsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti ilə yanaşı Cənubi Qafqaz bölgəsi daxil regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan Şuşa Bəyannaməsindən öz əksini tapan məsələlərin reallaşdırılması təkcə Qarabağın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsini yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişə bilər ki, bu da yaşadığımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.

Şuşa Bəyannaməsi dünyaya verilən açıq bir mesajdır.Həmin mesajlar arasında hərbi tərəfdaşlıq mesajı xüsusi önəm daşıyır. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.


Rəşad Əliyev, Biləsuvar rayon Çaylı kənd tam orta məktəbin direktoru

Oxunub: 611
Oxşar xəbərlər
SON XƏBƏRLƏR