dini radikalizm və ekstremizmlə mübarizə

28 İyun - Azərbaycan polisi, siyasətçi, Azərbaycanın 8 - ci Daxili İşlər naziri, general - polkovnik Vilayət Eyvazovun doğum günüdür!


Vilayət Süleyman oğlu Eyvazov 28 iyun 1968 -vci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olmuşdur. 2000 - ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, üç övladı var.
1994 - cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir.Fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001 - 2005 - ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.Azərbaycan Respublikası Prezidentinin 2004 - cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general - mayoru, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005 - ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 11 mart 2016 - cı il tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunmuşdur.
2006 - cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general - leytenantı ali xüsusi rütbəsi, 2019 - cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general - polkovnik ali hərbi rütbəsi verilmişdir.
Vilayət Eyvazov 20 iyun 2019 - cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Əsas Qanunu və dövlət quruluşunun müdafiəsində, əminv- amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Ölkəbaşçısının 30 iyin 2002 - ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı", 01 iyul 2008 - ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı, 01 iyul 2014 - cü il tarixli 598 nömrəli Sərəncamı ilə 2 - ci dərəcəli "Vətənə xidmətə görə", 29 iyun 2018 - ci il tarixli 263 nömrəli Sərəncamı ilə 1 - ci dərəcəli "Vətənə xidmətə görə" və 09 dekabr 2020 - ci ildə Zəfər ordenləri ilə təltif edilmişdir.
Təbrik edirik!
P.S. Cənab Nazir Vilayət Eyvazov Sizi Djb.az xəbərlər və informasiya saytının kollektivi adından ad gününüz münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirəm.
Sizə ən başlıcası can sağlığı, uzun ömür işlərində müvəffəqiyyətlər arzulayıram.
-Vilayət müəllim Nil çayı heç vaxt qurumur , ömrünüz Nil çayı tək axar olsun.
Ayla Günəş bir-birindən ayrı olmadığı kimi siz də sevdiklərinizlə birlikdə olasınız.
Sevinc ucaldar insanı, kədər isə əyər. Kədər sizdən gen dursun lap dünyanən sonu tək. Sevinc isə başınızda tac olsun.
Hər zaman ucalanlardan olasınız.
Cənab nazir, 44 günlük vətən müharibəsi bizim igid övladlarımızın necə cəsur olduqlarını bir daha bütün dünyaya göstərdi.
Qələbə sevincini bizlərə yaşadan Qazi və müharibə iştirakçısı olan igidlərimizin işlə təmin olunmasında öz dəstəyinizi göstərmənizi sizdən xahiş edirəm.

Almaz İlahə

Oxunub: 550
Oxşar xəbərlər
SON XƏBƏRLƏR