dini radikalizm və ekstremizmlə mübarizə

Vətən Müharibəsi Əlillərinə Kömək İctima Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş özəl tədbir keçirib - FOTOLAR

Vətən Müharibəsi Əlillərinə Kömək İctima Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş özəl tədbir keçirib - FOTOLAR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə 44 günlük haqq savaşında fədakarcasına döyüşmüş, vətənimizə ləyaqətlə xidmət etmiş, Vətən Müharibəsi əlillərinə diqqət və qayğı yönümündə tarixi zəfər əldə etmiş Silahlı Qüvvələr günündə təntənəli ziyafət təşkil edilib. SİA xəbər verir ki, bu barədə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Ziyafətlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla idarə heyəti, Qazilər, ictimaiət nümayəndələri çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfərin əldə edilməsində göstərdikləri milli, vətənpərvər ruhlu fəaliyyətdən danışıblar.

Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, əlamətdar tarixi günlər sırasında Azərbaycan Silahlı Qüvvələr günü xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında silahlı qüvvələrimizin peşəkar, fədakar fəaliyyəti göz önündədir. İcraçı direktor onu da qeyd edib ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən daim Şəhid ailələri və Qazilərə diqqət yönümündə bu cür mədəni, kütləvi tədbirlər təşkil edilir.

Birlik rəsmisi xüsusi olaraq vurğulayıb ki, qazilərlə bağlı ziyafəti təşkil etməkdə əsas məqsəd Vətən Müharibəsin iştirakçıları sevindirməklə yanaşı birlik, həmrəylik nümayiş etdirməkdir. Qeyd edək ki, ziyafətin bədii hissəsində incəsənət ustalarının ifasında vətənpərvərlik ruhunda mahnılar oxunub.






Oxunub: 466
Oxşar xəbərlər
SON XƏBƏRLƏR