dini radikalizm və ekstremizmlə mübarizə

Müharibə bitsə də onun fəsadları hələ də bitmir.


Mətbuat işçilərinin və icra hakimiyyəti nümayəndəsinin bu gün Kəlbəcərdə minaya düşərək həlak olması və digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması xəbəri hər birimizə ağır kədər gətirdi.
Müharibə bitsə də onun fəsadları hələ də bitmir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Dünya bunu bilməli və Ermənistanın humanizmə zidd fəaliyyətinə layiq olduğu qiyməti verməlidir
Təəssüf ki, hələ də buna göz yumaraq Ermənistanı müdaifə edən ölkələr və qüvvələr var.
Azərbaycan xalqı bunları unutmayacaq.
Biz Ermənistandan fərqli olaraq terrora terrorla, minalara minalarla cavab verməyəcəyik. Biz sivil ölkəyik. Biz Ermənistana güclü dövlət olmaqla cavab veririk və daima daha da güclü olacayıq.
Allah həlak olan Sirac Abışova (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimova (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyevə (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) rəhmət etsin.
Xəsarət alanlara tezliklə şəfa tapmalarını arzu edirik.

Aydın Mirzəzadə
Millət vəkili

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR