dini radikalizm və ekstremizmlə mübarizə

Pandemiya dövründə Azərbaycan Dövlətinin bütün imkanları səfərbər oldu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanlarının səfərbər olduğunu bildirmişdir. Həqiqətən də COVİD-19 pandemiyası dövründə Azərbaycan dövləti işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərin azaldılması eləcə də təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirlərin aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirdi.
Təbii ki, pandemiya ilə mübarizədə əsas prioritet əhalinin vaksinasiyasıdır. Eyni zamanda dövlət əhalinin sağlamlığı üçün bütün xərcləri öz üzərinə götürdü. Xəstəliyin qarşısının alınması üçün təxirəsalmaz tədbirlər görüldü. Qısa müddətdə 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmiş, Covid-19 xəstələrinin müalicəsi üçün hər cür şərait yaradılmışdır. Tək onu demək kifayətdir ki, ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək üçün Azərbaycan Dövləti 2 milyard ABŞ dolları həcmində vəsait xərclənmişdir.
Covid-19 infeksiyasına qarşı mübarizə məqsədi ilə əhalinin peyvənd olunması üçün Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparmış, 2021-ci ilin yanvar ayının ortalarından peyvənd kompaniyasına başlanmışdır. Artıq bu günə qədər 2 milyon doza peyvənd istifadə olunmuşdur. Bu da Azərbaycan əhalisinin 20 faizini təşkil edir. Hazırda ölkədə 18 yaşdan yuxarı əhalinin peyvəndlənməsi müvəffəqiyyətlə davam etdirilir. Bunun üçün hazırda ölkəmizdə kifayət qədər peyvənd vardır. Qeyd etmək lazımdır ki, pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır.
Azərbaycan dövləti dünya əhalisinin, xüsusilə azgəlirli ölkələrin əhalisinin peyvəndlənməsində ayrıseçkiliyi olmamasının tərəfdarıdır. Azərbaycan Respublikasının prezdenti İlham Əliyev inkişaf etmiş ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə etmələrini pisləmişdir. O, peyvəndin bütün ölkələr üçün əlçatan olmasının vacib olduğunu qeyd etmişdir. Həqiqətən də hazırda peyvəndlərinyalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşür.
Azərbaycan dövləti pandemiya dövründə dünyanın aztəminatlı ölkələrinə yardım məqsədi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həmcmində könüllü maliyyə töhvəsi etmişdir. Bundan başqa Azərbaycan dövləti koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar yardım göstərmişdir.
Azərbaycan dövləti həmçinin BMT-nin İnsan Hüquqları şurasında peyvəndlərin bütün dünya ölkələrinin arasında bərabər bölünməsi üçün qətnamə irəli sürülmüş və üzv ölkələr tərəfindən yekdilliklə qəbul olunmuşdur.
Ölkəmizin gördüyü məqsədyönlü tədbirlər nəticəsində artıq karantin rejimi tədricən yumşaldılmışdır. Təbii ki, bu nəticənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət durur.

Ələmdar Quliyev
İmişli Rayon Təhsil Şöbəsinin müdiri

Oxunub: 520
Oxşar xəbərlər
SON XƏBƏRLƏR