Suraxanı RİH-nin təşkilatçılığı ilə “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” nin müdiri polkovnik leytenant Hüseynov Elmar, böyük məsləhətçi Vətən müharibəsində sol ayağını itirmiş kapitan İslamov Qurbanəli
Cəbhənin Tərtər, Suqovuşan İstiqamətində ağır yaralanan Əhədov Nicat Əbluç oğlunu növbəti müalicə proseduru üçün travmataloq müavinəsinə apardılar. Yolda olarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qazi ilə telefon bağlantısı yaratmış və onun sağlamlığına qovuşması üçün əllərindən gələni əsirgəməyəcəklərini, problemlərinin həlli üçün yanında olacaqlarını bildirmişdir.
Onuda qeyd edək ki, qazimizin atası Əhədov Əbluç Rəhim oğlu I Qarabağ döyüşünün iştirakçısıdır. Atalarının keçdiyi yolu oğulları sonlandıraraq qələbə sevincini xalqımıza yaşatdılar.
P.S. Hər gün Suraxanı RİH şəhid ailələri və qazilər üçün gördüyü işləri izlədikcə qürur duyursan.
Sağlamlığını torpaqlarımızın azadlığı uğrunda itirən qazilərə göstərilən qayğı bir daha onların əmin əllərdə olmasını göstərir. Öz işinə məsuliyyətlə yanaşan vicdanlı vətənsevərlər Elmar Hüseynov və Qurbanəli İslamov fəaliyyətlərində üzərilərinə düşən vəzifələri qərəzsiz həyata keçirirlər. Suraxanı RİH başçısı Əziz Əzizovun və kollektivinin Vətənin mənafeyi naminə bu istiqamətdə gördükləri işlərə öz töhfələrini verəmələrinin bir daha şahidi oluruq.