dini radikalizm və ekstremizmlə mübarizə

TÜRKİYƏ HƏR SAHƏDƏ MÜTTƏFİQİMİZDİR


Türkiyə Respublikasının Milli Təhsil Naziri Ziya Səlcukun Azərbaycana gəlişi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediliməsi, bir daha sübut etdiki qardaşlıq bağlığımızı daha sıx edən əməkdaşlıq, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Türkiyə hər zaman bütün məsələlərdə Azərbaycanın yanında olmuş, dəstəyini əsirgəməmişdir. Türkiyə müharibə başlayan andan Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmiş, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk gündən bəyanatlarla çıxış edərək Azərbaycanın yanında olduğunu bildirmişdir.
Qardaş ölkə ilə Azərbaycan arasında elə bir sahə yoxdur ki, o sahədə əməkdaşlıq edilməsin. İki qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə bütün sahələrdə qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlıq edir. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Bu səbəbdən, iki ölkə arasında elə bir güclü müttəfiqlik yaranmışdır ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalı və bir-birlərinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə qardaş ölkələr arasında yaxın gələcəkdə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlərin keçirilməsi artıq zərurətə çevrilmişdir. Ölkə rəhbəri Türkiyə Milli Təhsil Naziri Ziya Səlcuku qəbul edərkən çixişında qeyd etdiyi kimi “ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir”.
Təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələ olduğu üçün. təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün iki ölkə arasında çox önəmli addımlar atılmalı, yeni layihələr işlənib həyata keçirilməli, Azərbaycan Türkiyə təhsil təcrübələrindən yararlanmalıdır. Təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-biri ilə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər həyata keçirilməlidir.
Türkiyə təhsil təcrübəsindən yararlanmaq ölkəmiz üçün çox önəmli və faydalı olacaqdır. Artıq işğaldan azad olunmuş şəhərlərdə yeni məktəblərin tikintisi işlərinin aparılması üçün Dövlət rəhbəri zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş vermişdir, Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Yaxın vaxtlarda Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, daha bir məktəbin təməlqoyma mərasiminin keçirilməsi bir daha iki ölkə arasındakı əməkdaşlığın sıx olduğunu göstərəcək.
Azad edilmiş şəhərlərdə peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biri olmalı, inkişaf etdirilməlidir. Çox yaxın bir vaxtda buna çox böyük ehtiyac duyulacaq. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyacaqdır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəblərinin yaradılması çox gözəl töhvə verəcəkdir.
Təhsil proqramlarında, orta və ali məktəblərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq şəkildə salınmalıdır. Bunu Dövlət rəhbəri dəfələrlə çıxışlarında bildirmişdir. Azərbaycanın şanlı tarixi nəsildən nəsilə ötürülməli, müasir tarixi dəqiqliklə öyrənilməli və təbliğ olunmalıdır. Gənc nəslin tarixi olduğu kimi bilməsi və nəsillərdən nəsillərə ötürülməsi üçün zəruri addımlar atılmalıdır.

Ayna Əliyeva,
Salyan rayon Arbatan kənd tam orta məktəbinin müəllimi

Oxunub: 654
Oxşar xəbərlər
SON XƏBƏRLƏR