dini radikalizm və ekstremizmlə mübarizə

Arzuları yarı yolda....


Yaşasaydı artıq tələbə adını qazanmış olacaqdı ... Atasının arzularına qol- qanad olacaqdı. Arzularına doğru yürüyərək nələr əldə edəcəkdi... Amma olmadı, zalım fələk onunda arzularını gözündə qoydu.
Bu gün Samirin həyatdan köcməsinin ikinci ildönümüdür. Bəlkədə bir çoxları deyir İlahi bu günlər necə gəldi keçdi. Kimsə üçün göz qırpımında keçən aylar, illər Samirin doğmaları üçün bir əsrə bərabər oldu.
Onu necə tanıdım?
Bir insanın yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq gərəkdir... Mən onun müsbət xüsusiyyətlərinin şahidi məhz yolda oldum.
Bu vətənpərvər balamız və valideyinləri ilə birgə Beyləqan rayonuna şəhid Tural Əhlimanlının anım gününə həsr olunmuş tədbirə yol almışdıq. O gündən sonra Samir 3 il hər bir təşkil etdiyimiz tədbirlərdə bizimlə çiyin-çiyinə çalışdı.
Şəhid ailələrinin son beşik oğlu oldu Samir. Atası Elman Əsədullayevin azyaşlı köməkçisinə çevrildi. Birər- birər bizimlə rayonları gəzdi. 12, 13 yaşından Şəhid tədbirlərinin bir parçasına çevrildi.
O günə kimi...
Qəzadan gələn qəfil ölüm çox gözlənilməz və dəhşətli olur. Bir gəncin həyatla vidalaşması hələ həyata keçməyən arzulara, ümidlərə son qoyulması insanda acı bir kədər yaradır...
28 may 2018 - ci il tarixində 91 saylı avtobus Şəhid Analarının fədakar oğlu Elman qardaşımızın oğlu 16 yaşlı Samirin həyatına son qoydu. Bu acı xəbər hər birimizin ürəyini dağladı. Niyə axı zalım fələk aman vermədi balamıza? Yarımçıq qalan layihələr, işlər, yarımçıq qalan arzular.
Bu gün atası Elman qardaşımız onun arzularını gerçəkləşdirir, daha da əzmlə çalışır. Şəhidlərimizlə birgə Samirimizində yarım qalan arzularını həyata keçirməyə çalışan vətənpərvərlər insanlar bacardığını edir. Kimi əl işi ilə, kimi əməli, kimi qələmi ilə.
Allah nakam köçən Samir balamıza qəni-qəni rəhmət eləsin. Atası Elman qardaşa , anası Pakizə xanıma və yaxınlarına səbir versin.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 533
Oxşar xəbərlər
SON XƏBƏRLƏR