dini radikalizm və ekstremizmlə mübarizə

EY AZƏRBAYCAN POLİSİ, NƏ YAXŞI Kİ, VARSAN!


İctimai keşikçilər......

Xalq arasında çox gözəl bir kəlam məşhurlaşıb: "Əgər polis olmasa, ölkədə aləm dəyər bir-birinə, hərc-mərclik baş alıb gedər və hər başıpozuq dəstə öz istədiyini edər!"

Bəli, millətin zəkalı, müdrik və ali təbəqədən olan nümayəndələri sırf bu cür düşünürlər, mən də buna qatılıram. Üzr istəyirəm bu ifadəmə görə, ölkədə və paytaxtda o qədər anasından bezən, tüfeyli, quldur, başkəsən, oğru və fitnə-fəsad törətmək üçün fürsət axtaran adamlar vardır ki, təsəvvür edə bilməyəcəyimiz qədər...

Belə başıpozuqların qarşısını yalnız hər zaman fəxr etdiyimiz Azərbaycan polisi ala bilər və necə ki, elə alır da! Ümumiyyətlə, cəmiyyət yararsız, faydasız və ziyankar adamlardan birmənalı olaraq təmizlənməlidir! Çünki, belə cahillər aramızda olduqca, hər an təhlükə və pis sonluqlar ola bilər. Onsuzda, adlarını sadaladığım cahillərin 2 yeri vardır: ya qəbr və ya da ki, həbsxana. Bu cür tip insanların qənimi ancaq və ancaq polislərdir.

Həqiqətən də, Polis sistemi olmasa, Azərbaycanda bütün təhlükəsizlik, əmin-amanlıq, asayiş pozular və yollarda rahat-rahat hərəkət etmək tamamilə mümkünsüz bir hala gələr. Polislər ictimai təhlükəsizliyin bir işıqlı sabahı, daha doğrusu, sığortasıdır! Daxili İşlər Nazirliyi hər gün polis nəfərlərinin sayını artırır, çox düzgün və məntiqli bir qərardır. Mən DİN-in bu cür addımlarını hərtərəfli alqışlayır və dəstəkləyirəm!

Azərbaycan polisini sevməyən, onun varlığını özünün yoxluğu hesab edən və polis əməkdaşlarının sayının bu qədər uğurla artmasından narahat olan adamlar var. Heç şəkk-şübhəsiz ki, polis məhz elə adamların axmaq əməllərinin qarşısını alır deyənə, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı özlüklərində nifrət hissi bəsləyirlər. Amma bu hərəkətləri mənasızdır. Çünki, onlar yalnız məhvə məhkumdurlar!

Polislərimiz yalnız öz qanuni vəzifələrini icra edirlər: icazəsiz, qanunsuz, dövlətin mənafeyinə zərər-ziyan vuran və xarici qüvvələrin fətvası ilə təşkil edilmiş aksiyaların qarşısını alırlar. Təbii ki, bu cür hallarda üsyankar vətəndaşlar cəzalanırlar. Məgər, bu, zorakılıqdır?! Təbii ki, xeyr. Nə yazıq ki, öz səhvlərini görməyə-görməyə Azərbaycan polisini qəddarlıqda, zorakılıqda ittiham edən səfehlər, səviyyəsizlər var. Bu da ki, yalnız onların öz düşüncəsizliyindən qaynaqlanır. Əlbəttə ki, Azərbaycan polisi qanuni hərəkətlərində doğrudur!

Azərbaycan polisi hər zaman iş, vəzifə, xidmət başındadır! Vətənin və məsum adamların həyatı əmin əllərdədir! Hər kəs polisi sevməlidir, ona sayğı göstərməlidir! Onların mövcudluğu biz vətəndaşların gələcəyə doğru rahat-rahat və təhlükəsiz bir şəkildə addımlamasına təkan yaradır, stimul verir. İnsan həmişə təhlükələrdən qorunmaq üçün bir növ qoruyucu qalxan axtarır. Biz xalqın da qoruyucuları məhz adlarını əvvəldə qeyd etdiyim Azərbaycan polisləridir! Uca Allahın müqəddəs nəzərləri hər bir zaman Azərbaycanımızın cəsur polislərinin üzərində olsun və onların uğurlarını bol, tükənməz etsin, amin!

Ərtoğrul Aypar

Oxunub: 913
Oxşar xəbərlər
SON XƏBƏRLƏR