dini radikalizm və ekstremizmlə mübarizə

Müğənni Aygün Aydının repertuarında yeni bir mahnı


Djb.az xəbər verir ki, gənc müğənni Aygün Aydının ad günü keçirildi. Hər il olduğu kimi ənənəni pozmayaraq müğənni ad günündə dinləyicilərinə yeni bir mahnı ərməğan etdi. Son zamanlar yalnız vətənpərvər mahnılar ilə gündəmdə olan müğənninin yeni sevgi mahnısı qəlbləri oxşadı.
Şən ritmdə yazılmış "Sənsiz ölərəm mən" adlı mahnısının musiqisi və sözləri Kamrana, aranjman isə Həsənə aid olunduğu bildirildi.

Ad günündə tədbirin aparıcılığı Kamran Cavab olmaqla yanaşı bir çox tanınmış incənət xadimləri də iştirak edirdilər. Onlardan Azərbaycan Respublikasının əməkdar artisti Yusif Mustafayev , Müğənni Elşad Qarayev, Rza Zaman, Vüqar Təmkin və başqaları iştirak edirdilər.



Oxunub: 967
Oxşar xəbərlər
SON XƏBƏRLƏR