dini radikalizm və ekstremizmlə mübarizə

"Gədəbəy rayonunun şəhidləri" kitabının təqdimatı keçirildi.


"Gədəbəy rayonunun şəhidləri" kitabının təqdimatı keçirildi.

Vətənpərvərlik insanın daxilindəki duyğulardır.Bu duyğular insan doğulduqda onunla doğulur, insan sadəcə ağlı kəsəndən sonra bunu dərk edir.Əgər belə gözəl duyğular yoxdursa, o insan mənəviyyatsızdır. O nə Vətənini, nə valideynini sevə bilməz, hətta sevginin nə olduğunu bilməz.
Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır. Vətən birdir və hamı bu Vətəni sevməli, sevməkdən də çox onu qorumalı, lazım gələrsə uğrunda canını, qanını verməlidi ki, Vətən yaşasın.
Biz xoşbəxt millətik ki, vətənpərvərliyi, Vətənə, torpağa, millətə sədaqəti, Vətən yolunda şəhidliyə hazır olmağı ərənlərimizə, gənclərimizə elə aşılamışıq ki, bu bəlkə də heç bir millətdə yoxdu.
Xalqımız böyük xalq, millətimiz böyük millətdir.Bəli böyük tarixə, böyük mədəniyyətə malik olan xalq olaraq dünyada tanınmağın sevincini yaşayırıq.
Bu gün dünyanın harası olur olsun azərbaycanlı olmağımızı fəxrlə dilə gətirir, qürur duyuruq.
30 illik bir həsrətə-yurd həsrətinə son qoyan bu millət bir yumruq kimi birləşib Türkün gücünü mənfur qonşumuz dünyanın ən pis ünsürləri olan erməni və ermənipərəst millətlərə sübut etdi. Sübut etdi ki, türkün səbri var və səbr kasası daşanda dünyanı lərzəyə gətirə bilər. Bu mövzuda o qədər gözəl sözlər demək olar ki, amma mən mətləbə keçmək istəyirəm.
Çünki, Vətənpərvəriyi ilə örnək olan insanIarımızın şəhidlərimizə verdiyi dəyərin bariz nümunəsi "Gədəbəy rayonunun şəhidləri" kitabı əlimdədir.
Elə bu gün-20 may 2021 ci ildə Sağlamlığın Qorunması İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Gədəbəy rayonunun şəhidləri" kitabının onlayn təqdimatı keçirildi. Bu kitab hər bir gədəbəylinin, azərbaycanlının evində müqəddəs kitab kimi qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır.
Çünki bu kitabda haqqında məlumat olan bütün şəhidlər-1 ci Qarabağ və 2 ci Qarabağ savaşında ən gözəl şəkildə bu dünyaya vida deyib Vətəni uğrunda canından keçənlərdir. Şəhidlər ölmür deyirik, onlar Allah dərgahında diri olanlardır. Şəhidlərimiz qərinələr, əsrlər ötsə belə unudulmayacaq. Onlar o vaxt ölə bilər ki, xalqı onları unutsun.Nə qədər Azərbaycan dovləti yaşayırsa o qədər də şəhidlərimiz yaşayacaq.Onu vurğulayım ki, Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, qürurumuz, fəxrimiz, ölməzliyimiz və örnəyimizdir. Bİz Şəhidlərimizi övladlarımıza, gələcək nəsillərimizə elə tanıtmalı, onları elə maarifləndirməliyik ki, bu Vətənin qiymətini bilsinlər.
Bu kitabın nəşr olunması buna əyani sübut və ilk addımın atılmasıdı, Şəhidlərimizə, şəhid ailələrinə verilən dəyərdir. Sağlamlığın Qorunması İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın təşəbbüsü və maddi dəstəyi, şair Vahid Aslanın tərtibatçılığı ilə ərsəyə gələn bu kitabın təqdimatında 50 nəfərə yaxın ziyalı iştirak edirdi.
Təqdimatı giriş sözü ilə açıq elan edən Yazgül Abdıyeva “Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə böyük ehtiram, sevgi və dəyər, mənəvi vətəndaşlıq borcu əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırdı.
Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov, Məlahət Yusifqızı, ehiyatda olan hərbi qulluqçu Aygün Əhmədova və başqaları çıxış etdilər, belə kitabların ənənə halını alıb tarixin yaddaşına salınmasını dilə gətirdilər. Belə bir kitab bütün bölgələrimizdə nəşr olunsa Azərbaycanın ərazi bütöblüyü uğrunda canından keçib şəhid olmuş qəhrəmanlarımızı xalqımız tanıyar və onlar tarixdə qalarlar.Hər kəsin ürəyi dolu idi, kitab haqqında hamı ürək sözlərini demək istəsə də təəssüf ki, vaxt məhdudiyyıtinə görə bəzi yoldaşlara söz verilmədi. Pandemiya ölkəmizdən yox olduqdan sonra böyük salon və auditoriyada yüksək səviyyədə bu kitab təqdim olunacaq.

Aybəniz Qaragilə Qafarlı









Oxunub: 822
Oxşar xəbərlər
SON XƏBƏRLƏR