dini radikalizm və ekstremizmlə mübarizə

Mövludun mübarək şəhidim


O, Babək rayonunun Cəhri kəndində
I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində dünyaya göz açdı.
Göz açdığı ailədə vətənpərvərlik hər zaman öndə olduğunun şahidi olan qəhrəmanımızın
Atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarasından ayaqlarının iflic olmasını tam 25 ildən artıq şahidi oldu. Əlil arabasında ömür yaşayan atasının həyat yolu bəlkədə onu hərbiçi olmağa vadar etdi. O hər zaman düşməndən intiqam almaq istədi.
Əbdül Məmmədov şanlı aprel döyüşlərindən donra 2016-cı il 27 aprel tarixində oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi.
Onun oğlu kimdir?
Bir Atanın bel sütunu.
Bir Ananın sönməz çırağı.
Bir qardaşın vüqarı.
Bir bacının ümid qapısı.
Bir xanımın ərəni, baş tacı.
Övladlarının gələcəyi.
Azərbaycan xalqının bir ömür haqqını ödəyə bilməyəcəyi şəhidi.
Rasim Məmmədov 1977- ci ilin 20 may tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində dünyaya göz açmışdır. 1983-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə təhsil almağa başlamış, 1994-cü ildə həmin məktəbi bitirmişdir.
1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirmişdir. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini "N" saylı hərbi hissədə davam etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rasim Məmmədov 2016-cı ildə Aprel döyüşləri zamanı 4 aprel tarixində qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilmişdir.
Məkanın cənnət olsun Şəhidim.


Almaz İlahə

Oxunub: 545
Oxşar xəbərlər
SON XƏBƏRLƏR