dini radikalizm və ekstremizmlə mübarizə

Artıq 5 ildir ki, sənsiz olan doğum günün qeyd olunur Şəhidim!


25 yaş artıq 5 ildir ki, sənsiz olan doğum günün qeyd lolunur Şəhidim. Adətən dogum günü insan həyatinin ən sevincli gündür... övladsız yaşayan analar isə o günü tam fərqli qeyd edər... Bir ana üçün övladının doğum gününü onsuz qeyd etməyin ağırlığını mən bilirəm. Bu gün Kəmalə xanım nələr çəkdiyini də mən bilirəm. Yaş üstünə yaş gəldikcə bu ağırlığın yükünü çəkməkdə ağırlaşır.
Valideyin üçün övladdan sonra yaşamaq qədər çətin imtahat yoxdur. Hər gün onsuz olan süfrə... hər gün onun qoxusunu almamaq... Doğmalar bir yerə yığışarkən onun yoxluğu daha tez bilinər. Ad günlərində iki ev arasında qalarsan. Oğlunun ya qızının qara məzarında təbrikə yollanarsan. Sən danışarsan o, susar... Beləcə saatları onunla keçirmək istərsən yenə cavab verməz... Hədiyyə seçimin heç olmaz. Yalnız çiçək, yasin...
Belə anda deyirlər sözün bitdiyi an.
Nə yaxşı ki, misranı-misra ardıyca düzməyi bacarırıq yoxsa biz analar çoxdan ölərdik. Ölmək istədik də sadəcə ölə bilmədik.
Bu gün Kəmalə xanım yenə sənsiz ölüb dirildi Zakir bala, amma ölə bilmədi.
Məkanın cənnətdir Cənnətin sakini bir tək ona sevinirik. Uzun illər yaşayıb cənnətə həsrətlə boylananalar olarkən sizlər cənnətin ən uca zirvəsindəsiniz.
Ruhun şad olsun Şəhidim, artıq qələbə qazanmış bir dövlətin vətəndaşı olaraq deyirəm haqqınızı halal edin... ????????????????

Almaz İlahə
Təsisçi

Oxunub: 722
Oxşar xəbərlər
SON XƏBƏRLƏR