dini radikalizm və ekstremizmlə mübarizə

ANAMA indiyədək Qubadlıda 3 milyon 600 min kv.m ərazini mina və PHS-dən təmizləyib

ANAMA indiyədək Qubadlıda 3 milyon 600 min kv.m ərazini mina və PHS-dən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən indiyədək Qubadlı rayonu ərazisində 3 milyon 600 min kvadrata yaxın ərazi mina və parlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu ANAMA-nın EOD əməliyyat qrupunun bölmə rəisi Bəhruz Namazov deyib.

B. Namazov bildirib ki, əməliyyatlar zamanı görülmüş təhlükəsizlik tədbirləri nəticəsində hər hansı parlayış və bədbəxt hadisə baş verməyib.

Onun szölərinə görə, Zəngilan və Qubadlı rayonları ərazisində indiyədək 173 ədəd mina və PHS aşkarlanıb. Onların arasında 300 mm-lik “Smerç” raketləri, piyadalar əleyhinə minalar, tank əleyhinə minalar, habelə plastik minalar var.

Oxunub: 424
Oxşar xəbərlər
SON XƏBƏRLƏR