dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ordusu Ağdərənin Qazançı kəndi istiqamətindən irəlilədi – Erməni KİV

Azərbaycan Ordusu Ağdərənin Qazançı kəndi istiqamətindən irəlilədi – Erməni KİV

Ermənilər Azərbaycan Ordusunun Ağdərənin Qazançı kəndindən 370 metr irəli gəldiklərini iddia edib.
Djb.az-ın məlumatına görə, Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni rəsmilər bu barədə sülhməramlı qüvvələrə məlumat verdiklərini, ancaq müsbət cavab almadıqlarını bildirib. Özünü Qazançı kənd icmasının rəhbəri kimi tanıdan Ruslan Arstamyanın sözlərinə görə, danışıqlar aparılıb və Azərbaycan hərbçiləri həmin kənddə yerləşən iki erməni mövqeyinin 370 metr geri çəkilməli olduğunu bildirib: "Biz bununla bağlı Rusiya sülhməramlı qüvvələrinə xəbər verdik, onlar bizə bildirdilər ki, bu məsələni öz rəhbərliyinizlə danışın".

Oxunub: 454
Oxşar xəbərlər
SON XƏBƏRLƏR