
Bu gün gözəl ziyalı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi "Elmi-məlumat, tədris və təşkilati-metodik" bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, ARVO Oftalmologiya assosiasiyasının üzvü, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru,mənim üçün əvəzolunmaz yaxınım, hər çətin anımda yanında olanım Yazgul Abdiyeva xanımın ad günüdür. Xalqına, dövlətinə, elinə-obasına öz xeyirxah əməlləri ilə təmənnasız xidmət edən, çox ziyalılara örnək olub yorulmadan, usanmadan Şəhid ailələrinin, Qazilərimizin, imkansız ailələrimizin, yaradıcı gənclərimizin, gözəl qələmi olan şairlərimizin yoluna Mayak olub işık saçir. Yazgül xanım onun ünvanına üz tutub gələn bütün xəstələrə öz kömək əlini uzatmaqla yanaşı yazılan dərmanları da alıb verib yola salır ki, birdən o adamın dərman almaq imkanı olmaz.Belə bir zərif qadının sinəsində elə böyük bir ürəyi var ki, onun ömür yolunu incələsək bu az ömürdə göstərdiyi diqqət və qayğının, sevginin ölçüyə gəlmədiyini görərik.El-oba, yurd sevgisi, böyüklərə hörmət, Azərbaycan dövlətinə, dövlətçiliyinə məhəbbət onun böyük ürəyindən qaynaqlanır.Etdiyi yaxşılığı heç bir zaman önə çəkib dilə gətirməz, minnətdarlıq edənə "Bu mənim vətəndaşlıq borcumdu"deyər."Aslanın erkəyi dişisi olmaz" deyib atalarımız.Bir qələm adamı kimi ölkəmizin dar günündə-Pandemiya və ikinci Qarabağ savaşında hər kəsdən öndə ianə etdiyi mənim nəzərimdən qaçmadı, hansı ki, bunu çox imkanlı, "qaz vurub qazan dolduran" kişilər etmədi. Yazgül Abdıyeva xanımdan o qədər xeyir əməllər sadalamaq olar ki, amma bilirəm ki reklamı və elədiyi yaxşılığı dilə gətirməyi sevmir.Ümidsizə ümid olan, köməksizə kömək olan belə bir ziyalımızın məhz Gədəbəydən olması məni daha çox sevindirir və qürur duyuram.Bəlkə də doğulanda qız övladı olduğu üçün göz aydınlığı da verilməyib kaş ki oğlan olaydı deyə düşünüblər...Amma qətiyyəti, sözünü tutmağı, qarşısına qoyduğu məqsəd,amalı, əməlləri adla söylənən ər kişilərdə belə yoxdu.İndi elimiz Yazgül xanımla fəxr edir, onu bu dünyaya gətirən anaya, böyüdən ataya əhsən deyib qibtə edirlər.Allahın sevdiyi bir bəndəsidi Yazgül xanım, bir mələkdi desəm heç də yanılmıram çünki əllərim ümidimin ətəyindən üzüldüyü bir zamanda Allah çıxardı onu qarşıma.Dərdlə dolan ürəyimə, qaranlıq düşüncəmə öz nurunu saldı Yazgül xanım.Qızımı-Aygünümü və dərdin ağırlığından çökən məni ölümün pəncəsindən qurtardı bu xeyirxah Mələk.Hər zaman övladım kimi yanımda olub bir balam kimi qayğıma qalırsa dünyanın ən xoşbəxt anasıyam demək ki...Yazgül xanımı vəsf etməyə bir kiçik yazı bəs etməz ki, onun haqqında, onun fəaliyyəti və əməlləri haqqında qalaq- qalaq kitablar yazmaq olar. Şərəfli ömür yolunda hələ görəcəyi çox işləri, çox layihələri,çox arzuları var.İnşallah Yazgül xanım öz elmi fəaliyyəti ilə dünya alimləri sırasına gələcək, Türk dünyasının ən öndə adı çəkilən alimləri ilə yan-yana olacağına əminəm.Sənə uğurlar diləyirəm Zərif qadın, gözəl ana, qeyrətli Vətən övladı,dəyərli ziyalımız Yazgül xanım, ad günün mübarək! SƏNİNLƏ QÜRUR DUYURAM!!!
Aybəniz Qaragilə Qafarlı
Oxunub: 794