dini radikalizm və ekstremizmlə mübarizə

İçimdə hər zaman 12 si tarixinin sevinci olsada sənsizliyin kədəriylə sarılmasıda var


12 rəqəmini çox sevirəm mələk üzlüm. Bu tarix mənə çox doğmadır. Bəlkə də dünyaya gəlişin 12 tarixiylə bağlı olduğu üçündür ... Bəlkə də... 12 si tarixi mənə həmişə xoş təsüratlar yaşadır.
İçimdə hər zaman 12 si tarixinin sevinci olsada sənsizliyin kədəriylə sarılmasıda var.
Bilmirəm nədəndir, hər anımı səninlə bölüşmək istəyirəm sevinimdən, hüzünümdən, kədərimdən ilk sənə söz açmaq istəyirəm.
12 si yenədə Sənin qonağın oldum.
12.04.2021 ci il tarixi... İşdən sonra qızımla görüşə getmisdim. Yenə də 12 si... Mən də susmuşdum, danışa bilmirdim, o da danısmırdı... Qara mərmərdən məlul-məlul üzümə baxırdı... Öpmək istədim ... Qara saçlarını oxşamaq istədim ... Toxunmaq istədim ...Elə bil əllərim yox olmuşdu... Sakitcə dodaqlarımı daşdan boylanan şəklinə , dodaqlarına söykədim.... Dodaqlarım buza döndü... Qollarımı açıb qucaqlamaq istədim , buz kimi daşı bağrıma basdım...ürəyim üşüdü.... Bircə bunu pıçıldaya bildim: YOXLUĞUN CƏHHƏNƏMDİ MƏNƏ , CƏNNƏTİM SƏNDİN, SƏNDİN İLKİM...NÜBARIM...ANALIĞ HİSSİNİ İLK YAŞADANIM...

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 584
Oxşar xəbərlər
SON XƏBƏRLƏR