dini radikalizm və ekstremizmlə mübarizə

Şəhadətin mübarək Şəhidim.


Bu gün Qəhrəmanımız Şəhidimiz Rəşid Baxşəliyevin Şəhidlik zirvəsinə ucaldığı gündür. Şəhadətin mübarək Şəhidim.
Allah rəhmət eləsin, ruhu şad olsun Amin
Bəxşəliyev Rəşid Əliağa oğlu 1996-cı il oktyabrın 23-də Zəngilan rayonunda anadan olub.
Əsgər Rəşid Baxşəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 12-si isə Rəşid Baxşəliyev Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Baxşəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rəşid Baxşəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.


Almaz İlahə ƏHmədova
Təsisçi

Oxunub: 398
Oxşar xəbərlər
SON XƏBƏRLƏR