dini radikalizm və ekstremizmlə mübarizə

Tariximizə, soy kökümüzə hörmətlə bütün ulu babalarımıza Allahdan rəhmət diləyirəm!


Fikrimcə soy kökünü daha dərindən tanımaq istəyən, keçmişini, ulu babalarını araşdırmalı, ulu babaların kimliyini, məşğuliyyətini, qazandığı uğurlarını və həyat yolunu yaxından öyrənməlidir.
Bəxtim gətirib ki, ətrafımda çox dəyərli tarixçi dostlarım var və bu yolda mənə yardımçı olurlar, araşdırma istiqamətlərini, yanaşma formalarını qüsursuz şəkildə mənə də aşılayırlar.
Ulu babalarımla bağlı araşdırma apararkən mənim üçün tam bir yeniliklə qarşılaşdım və bu yeniliyi araşdırıb tarixi sənədlərdə ortaya çıxaran dostum, çox dəyərli ziyalımız, tarix elmləri doktoru Fəxri Hacılara sonsuz təşəkkürümü bildirirəm.
Beləliklə bu məlumatı dostlarımla da bölüşmək istərdim.
1858-ci ildə Bolus-Kəpənəkçi kəndinin imamı vəzifəsinə ulu babam Mustafa Əfəndi Veysəl oğlu təyin olunur. Daha sonra isə Mustafa Əfəndi Veysəl oğlunun bütün Borçalı qəzasının sünni məzhəbi üzrə qazisi vəzifəsini tutduğu arxiv sənədlərində qeyd olunur. Hətta o vaxtkı bəzi ağalar Rusiyanın rəhbər dairələrində "gözə girmək üçün" Mustafa Əfəndini Türkiyə lehinə və Rusiya əleyhinə iş aparmaqda günahlandıraraq şikayət olunduğu da xüsusi qeyd olunur (Mənbə: GMTA, f.153, s.1, iş №119, v.131).

Oxunub: 355
Oxşar xəbərlər
SON XƏBƏRLƏR