dini radikalizm və ekstremizmlə mübarizə

Tural Gəncəliyevin açıqlaması Ermənistanı qarışdırdı – FOTO

Tural Gəncəliyevin açıqlaması Ermənistanı qarışdırdı – FOTO

Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin Xankəndində ofisinin fəaliyyət göstərəcəyi ilə bağlı açıqlaması Ermənistanda ictimaiyyətin və mətbuatın əsas müzakirə mövzusuna çevrilib.

Djb.az yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanda nüfuzlu şəxslər və mətbuat orqanları bu açıqlamanın qəbuledilməz olduğu barədə bəyanatlar yayıblar.
Xatırladaq ki, ötən gün T. Gəncəliyev “twitter” vasitəsilə tezliklə Xankəndində ofisinin fəaliyyət göstərəcəyini açıqlamışdı:
“Etnik mənsubiyyətindən asılı olmayaraq, Xankəndi şəhərinin bütün sakinlərini təmsil edən bir millət vəkili olaraq onlara yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm” – deyə o bildirmişdi.
[img]https://pbs.twimg.com/media/EyTDm3OXIAASJ1X?format=jpg&name=small[/img]

Oxunub: 353
Oxşar xəbərlər
SON XƏBƏRLƏR