dini radikalizm və ekstremizmlə mübarizə

“İskəndər-M” raketini Ermənistan necə əldə edib? - VİDEO

“İskəndər-M” raketini Ermənistan necə əldə edib? - VİDEO

Şuşada iki ayrı yerdə “İskəndər M” raketlərinin qalıqlarının tapılmasından sonra Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. Ekspertlər bildirir ki, beynəlxalq qanunvericiliyə görə 500 km-ə qədər hədəfləri vuran raketlərin ixracı qadağandır. Məsələ xarici media qurumlarının da gündəmindədir. Bir sıra ölkələrin mediası bununla bağlı geniş məqalələr hazırlayıblar.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın müharibə zamanı böyük dağıdıcı gücə malik olan İskəndər raketlərindən istifadə etməsi ilə bağlı maddi sübutların üzə çıxmasından sonra bu mövzü ilə bağlı müzakirələr genişlənməkdədir.

Ekspertlər bildirir ki, müharibədən öncə Rusiya tərəfinin məlumatlarına görə Ermənistana verilən İskəndər raketi E seriyasına malik olub və bu raketlər 280 km-dək hədəfləri vurmaq gücünə sahibdir. Ancaq Şuşaya atılan raketlərin E yox, məhz M seriyasına malik olduğu üzə çıxıb. Bu raketlər isə 500 km-dək uzaq hədəfləri vurmağa qadirdir və daha böyük dağıdıcı gücə malikdir. Ekspert Murad Sadəddinov bildirir ki, adıçəkilən raketə aid qalıqların tapılması bunu göstərir ki, faktiki olaraq atılan raketlər M seriyalı ballistik raketlərdir. Bu raketləri Ermənistana verən Rusiya tərəfi beynəlxalq qanunvericiliyi kobud şəkildə pozub.

Mütəxəssis bildirir ki, Şuşaya atılan iki İskəndər M raketinin qalıqları artıq mediada da geniş nümayiş olunub və burda onu da müşahidə edirik ki, erməni ordusu ondan istifadə edə bilməyib. Bunu raketlərin atıldığı yer özü də açıq göstərir. Murad Sadəddinov bu raketləri Ermənistanın əldə etməsinin ciddi araşdırma tələb etdiyini vurğulayıb.

Onu da qeyd edək ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov müharibədə İskəndər raketlərindən istifadə edilmədiyini söyləmişdi. Ancaq Şuşada iki raketin qalıqlarının tapılması bu açıqlamanı şübhə altına alır.

Ən önəmli məqamlardan biri isə budur ki, Türkiyə, Ukrayna, Rumıniya, Gürcüstan, Qırğızıstan kimi ölkələrin mediası, eləcə də bir sıra dünyamiqyaslı media qurumları Şuşada İskəndər M raketlərinin qalıqlarını aşkar edilməsini geniş şəkildə işıqlandırıblar. Beynəlxalq media da Şuşada İskəndər M raketlərinin qalıqlarının aşkarlanması sualına cavab axtarır.

Oxunub: 349
Oxşar xəbərlər
SON XƏBƏRLƏR