dini radikalizm və ekstremizmlə mübarizə

Gənc İctimai-siyasi fəal Ənvər Haqverdiyev İcbari Tibbi Siğorta haqqında yazdı..


Gərgin iş rejimi və oturaq həyat tərzi ilə əlaqədar son bir neçə aydır ki, belimdə, boynumda, çiyinlərimdə və oynaqlarımda ciddi ağrılar hiss edirəm. İcbari Tibbi Sığortanın son günlər aktual olması və əlbəttə, son üç aydır maaşımdan 3-4 manat tutulmasının marağı ilə tanıdığım həkim dostlarımdan İcbari Tibbi Sığortanın necə işlədiyini öyrənməyə çalışdım. Düzünü deyim ki, aldığım cavablar məni elə də qane etmədiyi üçün şəxsən özüm tanış olmaq üçün eləmə tənbəllik el arasında Sabunçu xəstəxanası kimi tanınan 3 saylı şəhər xəstəxanasında çəkdirdiyim "MRT" (bir qəpik pul ödəmədən çəkdirdiyim və nəticəsi də çox aydın görünən) cavablarını da götürüb ixtisaslı həkim nevropoloqun da yönləndirməsi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına getdim. Şəxsiyyət vəsiqəmi təqdim etdim və proses başladı. Gülər üz, mehriban tibb bacıları, təmiz və strelize olunmuş mühit mənə xoş təsir bağışladı. Həkim Fərid Təqdirov qəbul etdi. Sözün bütün mənalarında yüksək mədəniyyət və savadla məni müayyinə edərək aşkar etdi ki, xəstəliyim Neyrocərrahiyyədən daha çox revmatoloji bir problemdir. Söhbət əsnasında anladım ki, Fərid həkim "RNX"-nın baş həkimidir. Xülasə öz telefonu ilə "Akademik Mirqasımov" adına Respublika Klinik Xəstəxanasına ölkənin sayılıb seçilən revmatoloqlarından ( rematizma ilə bağlı xəstəliklər üzrə ixtisaslaşmış həkim) biri Şəfa Mustafayevanı aradı. "Vətəndaş Haqverdiyevin aşağıdakı şikayətləri var sizin baxmağınızı xahiş edirəm" dedi və mən otaqdan çıxdım. "Vətəndaş Haqverdiyev" ifadəsi məni qürurlandırmışdı. Necə yəni bu qədər hay-həşir Vətəndaş Haqverdiyev Ənvər Elçin oğlu üçün idimi? Özü də bir qəpik də ödəmədən sadəcə İcbari Tibbi Sığorta vasitəsi ilə. Yadıma ölkə başçı hörmətli İlham Əliyevin " Azərbaycan vətəndaşına hər yerdə hörmət olunmalıdır" ifadəsi düşdü. Baxın, bu gün o vətəndaş mən idim. Sonra Azərbaycan Respublikası vətəndaşı olmağın qüruru ilə getdim "Akademik Mirqasımov" adına Respublika Klinik Xəstəxanasına. Bütün yolboyu öz-özümə deyirdim ki, orda eyni münasibətlə qarşılaşmasam yəqin çox məyus olacam. Xəstəxanaya yeni çatıb həkimin adını soruşanda girişdən sağda qurulmuş həmin İcbari Tibbi Sığorta kürsüsünü göstərdilər. Mənə vətəndaş kimi səhiyyə sahəsində bir az əvvəl yüksək qiymət verən o kürsünü... Şəxsiyyət vəsiqəmi təqdim etdim, yenidən proses başladı və mənə şəkildə gördüyünüz bu çeki verdilər. Gülər üz, mehriban tibb bacıları, yenə təmiz, strelize olunmuş mühit və s. Şəfa xanım məni qəbul və müayinə etdi. Ətraflı indiyənə qədər olan müalicəmlə tanış oldu. Çox mədəni və mehriban davranırdı. Sonra oda fiziki terapiyayla bağlı başqa bir həkimlə danışarkən "Vətəndaş Haqverdiyevin vəziyyəti aşağıdakı kimidir" dedi. Yenə adi bir vətəndaşdan ötrü bu dövlətin həkimləri səfərbər olmuşdu. Həm də ən çətin bir dövrdə. Cənab Prezidentin növbəti bir tarixi ifadəsini xatırladım. Necə deyirdi möhtərəm Prezident? "Siyasətimizin mərkəzində Azərbaycan Respublikası vətəndaşı dayanır". Bir daha hiss etdim ki, o qürurlu vətəndaş mənəm. Düzün deyim ki, nə mənim elə bir tanışım yoxdur ki, bu həkimlərdən nəsə xahiş etsin nə də, onlar məni tanıyır. Yəni, burda əsas amil Azərbaycan Respublikasının vətəndaşına verilən dəyərdir.
Xülasə qapıdan çıxanda hər iki həkim məndən aşağıda şəkilini gördüyünüz bu çeki istədi. Niyə də istəməsinlər axı? Kim daha yaxşı yaşamaq istəməz ki? Əsas olan belə bir şəffaf və ədalətli xidmət qarşılığında səhiyyə sahəsində hər iki tərəfi də razı sala biləcək modelin tədbiqinə başlanılmasıdır. Əlbəttə, yenidir, axsamalar ola bilər və olacaq da. Əsas siyasi iradə var və əminəm ki, uğurla bu model də həyata keçiriləcəkdir.
Hesab edirəm ki, ASAN xidmət, Dost mərkəzləri və Qarabağ Problemi kimi nəhəng strateji layihə və addımları həyata keçirən cənab #Prezident Ilham Əliyev səhiyyəmizdə olan nöqsanları da İcra Tibbi Sığorta vasitəsi ilə aradan qaldıracaqdır.
Mən, Vətəndaş Haqverdiyev Ənvər Elçin oğlu tədbiq olunan bu yenilik ilə əlaqədar Ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR