dini radikalizm və ekstremizmlə mübarizə

Aprel döyüşləri şəhidlərinin məzarı ziyarət olunub


2016-cı ildə baş verən Aprel döyüşləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasındakı hərbi münaqişənin atəşkəs haqqında saziş imzalandıqdan bəri yaşanan ən şiddətli döyüş kimi tarixə düşüb. Nəticədə Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yolların düşməndən azad olunub. Bu döyüşlə aprel dövlətimizin və ordumuzun gücü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş olundu. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut etdi.

Xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi düşmüş bu döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid əsgərimiz də var. Onların arasında Biləsuvarlı qəhrəman əsgərlərimiz  Fərahim Nadir oğlu Novruzov, Hüseyn Zeynal oğlu Dəmirli, Murad Vaqif oğlu Məmmədov, Biləsuvar rayonu ərazisində məskunlaşmış, əslən Cəbrayıl rayonundan olan çavuş Ruhim Əşrəf oğlu Qəhrəmanov və Fariz Şamil oğlu Cavadov da igidlik göstərərək şəhid olmuşlar. Biləsuvarlı döyüşçülər Aqil Allahverdi oğlu İmanovla, Babək Bəxtiyar oğlu Əliyevlə, Nicat Aydın oğlu Ağazadə, Səfər Rafiq oğlu Şiriyev və Orxan Əliyulla oğlu Qarayevlə fəxr edirik.
Xalqımız şəhidləri ilə fəxr edir, onların xatirəsini həmişə uca tutur.Bu döyüşlərin 5-ci ildönümü ərəfəsində şəhidlərimizin məzarını ziyarətə gələnlər qeyd etmişdir ki, 44 günlük qələbə dolu Vətən müharibəsində doğma Qarabağımızın azadlığı ilə arzu, istəkləri reallaşdı. Rəşadətli ordumuz onların qanını yerdə qoymadı, qısası alındı.

Mirhənifə Mirsultanov
Mübarizlər Cəmiyyətinin Biləsuvar filialının sədri



Oxunub: 378
Oxşar xəbərlər
SON XƏBƏRLƏR