dini radikalizm və ekstremizmlə mübarizə

Vətən müharibəsi şəhidi İlkin Məmmədovun bu gün 19 yaşı tamam olur


Vətən Müharibəsinin ən gənc, ailənin tək oğul qəhrəmanlarından biridir İlkin. Cənnətdə 19 yaşını qeyd edən şəhidimizin doğum günü Biləsuvar şəhərində olan ata ocağı rayon içtimayyəti və və döyüş yoldaşları tərəfindən ziyarət olunmuşdur.
Şəhidin məzar ziyarətində Biləsuvar rayonu Qarabağ muharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri içtimai Birliyinin sədri Bəhruz Əliyev və şəhidin komandiri çıxışında ölməz vətən oğullarının qəhrəmanlıqlarından söhbət açmışlar.
Məmmədov İlkin Fərhad oglu 27 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Ailədə iki övlad olmuşlar. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin 3-cü ayında başlayan Vətən muharibəsində müstəsna qəhrəmanlıq göstərmişdir.
"N" saylı hərbi hissənin minaatıcı batareyanın bölük komandiri, baş hesablayıcısı olmuşdur. Rəhbərik etdiyi bölük sərrast atışlarla düşmən hədəflərini məhv etmişdir. 29 sentyabrda, Xocavənd uğrunda çətin döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları almışdır.
Davamlı müalicələrə və həkimlərin səylərinə baxmayaraq, İ.Məmmədov 6 noyabr 2020-ci tarixində şəhadətə qovuşmuş, Bəydili kənd məzarıstanlıgında dəfn olunmuşdur. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, şəhidimiz "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah Sənə rəhmət eləsin gənc qəhrəmanımız, ruhun şad olsun!


Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru





Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR