
Djb.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan şəhid ailələrini və qaziləri diqqətdə saxlayır. YAP Suraxanı rayon təşkilatının rəhbərliyi və Gənclər Birliyinin fəalları karantin qaydaları çərçivəsində Əmircan qəsəbə sakini olmuş şəhid Kirxlarov Nazim Nadir oğlunun, Bülbülə qəsəbə sakini olmuş şəhid Orucov Səbuhi Vahid oğlunun və Hövsan qəsəbə sakini qazi Əhədov Nicat Əbruc oğlunun ailələrini ziyarət etmişlər. Görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə etmişdir. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir. Bu müqqədəs işdə cənab Prezident İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini vurğulayan təşkilat sədri şəhid və qazi ailələrinin qarşıdan gələn Novruz bayramını təbrik etmişdir. Ziyarət olunan ailələrə təşkilat tərəfindən Novruz sovqatı təqdim edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidlərimizin valideynləri və qazimiz ailə üzvləri adından öz minnnətdarlıqlarını bildirmişlər.
Oxunub: 487