dini radikalizm və ekstremizmlə mübarizə

Ulu öndər  Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilisinin qarşısının alınmasına səbəbdir


Dünyada o xalq xoşbəxtdir ki, onun yolunda canını fəda etməyə, onun ağrı-acısını,sevincini onunla bir yaşamağa hazır olan bir lideri , dövlət rəhbəri olsun . XX əsrin 70-ci illərində xalqımızın bəxtinə məhz yuxarıda dediyimiz keyfiyyətlərə cavab verən, öz həyatını ,biliyini xalqına həsr etməyə layiq olan belə bir lider məhz Heydər Əlirza oğlu Əliyev oldu.O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, inkişafın hər bir mərhələsindən sosial-iqtisadi  inkişafa önəm vermiş, rəhbərlik etdiyi dövləti , xalqı birincilər sırasında görməyə çalışmışdır.
Heydər Əliyev müstəqilliyin ilk illərində vətəndaş qarşıdurması, suverenliyin tamamilə itirilməsi təhlükəsi ilə üzləşdiyi şəraitdə ən əlverişli çıxış yolunu tapmaqla, xalqı, ölkəni yaxınlaşan fəlakətdən xilas edə bildi.Fenomenlik, müdriklik, yüksək idarəetmə qabiliyyəti tarixdə nadir şəxsiyyətlərin malik olduqları qeyri-adi keyfiyyətlərdir.Məhz Heydər Əliyev bu keyfiyyətləri özündə birləşdirərək bizi uçuruma yuvarlanmaq, milli dövlətçiliyimizi itirmək, yenidən kölə halına düşmək təhlükəsindən xilas edən böyük liderdir.
1993-cü il iyun böhranında  Heydər Əliyevin xalqın dəstəyi ilə hakimiyyətə gəlməsi, atdığı müsbət addımlar, bu böyük insanın vətəninə, yurduna, xalqına olan yüksək sevgisinin nəticəsi, xalqın ona olan böyük məhəbbətinin nəticəsi idi. 1993-cü il 15 iyun  Heydər Əliyevin Azərbaycan Respublikası Ali sovetinin sədri seçilməsi tariximizin dönüş nöqtəsi oldu.1995-ci ilin mart və oktyabr  aylarında  daxili və xarici qüvvələr tərəfindən ölkədə sosial-iqtisadi sabitlik yenidən pozuldu.Qeyri-qanuni  silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətraf hakimiyyəti silah gücünə, qeyri-konstision yolla ələ keçirməyə cəhd göstərəndə Heydər Əliyev ağsaqqalcasına xalq lideri kimi hərəkət etdi.Azərbaycan xalqına müraciət ünvanladı. Xalq ulu öndərin çağırısına səs verdi, onunla bir yerdi olduğunu bəyan etdi. Xalq kütlələri ölkədə qeyri-qanuni konstutisiyaya zidd əməllərə son qoymasını tələb etdi. Heydər Əliyev xalqa söykənərək , ondan güc alaraq gərgin zəhməti, uzaqgörənliyi, müdrikliyi sayəsində Azərbaycan Respublikasını dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edə bildi. XX-əsrin sonlarında  dövlətçilik ənənələrinin yenidən bərpa olunub möhkəmlənməsinə öz imzasını atdı.
Bu gün müstəqil azərbaycan Respublikasının səsi dünyanın ən mötəbər kürsülərindən eşidilməkdədir. Azərbaycanın aylı-ulduzlu üçrəngli bayrağının BMT-nin,ATƏT-in digər beynəlxalq təşkilatların önündə dalğalanmasını görmək nə qədər qürurvericidir. Bunları bizlərə yaşadan məhz Heydər Əliyevdir .
İllər keçəcək qərinələr dolaşacaq Heydər Əliyevin adı ürəklərdə əbədi yaşayacaq . Ona görə yaşayacaq ki , o böyük bir xalqın itirilmiş ümidlərini gerçəkləşdirdi.Dünyanın nəhəng dövlətləri ilə  bir yerdə tərəfdaş kimi addımlamaq nüfuzuna  malik olmasını təsdiqlədi.
Bu gün Ulu Öndərin digər arzularını və vəsiyyətlərini ölkə başçısı İlham Əliyev uğurla həyata keçirməkdədir. Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu düşmən üzərində qələbə çalmış,torpaqlarımız yağı düşməndən təmizlənmişdir.
Heydər Əliyev ideyalarına sadiq qalan,onun hər bir sözünə dəyər verən, Azərbaycan xalqının hər bir vədandaşı 44-günlük Vətən Müharibəsində bunu bir daha təstiqlədi.Biz inanırıq ki,İlham Əliyev cənablarının rəhbərliyi altında Müstəqil Azərbaycan Respublikası bundan sonra inamla irəliyə doğru addımlayacaq,daha böyük zəfərlərə imza atacaq.Biz inanırıq ki, Heydər Əliyev əsasında qoyduğu,göz yaşları ilə yoğurduğu “Can Azərbaycan”dediyi Azərbaycan Respublikası əbədi yaşayacaq və inkişaf edəcək!



Faday Əliyev
Biləsuvar rayon İsmətli kənd X.Qafarov adına
tam orta məktəbin Tarix müəllimi

Oxunub: 487
Oxşar xəbərlər
SON XƏBƏRLƏR