"Security Operation Services " (SOS ) MMC neft obyektlərinin mühafizəsində çalışan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan əməkdaşı Novruzov Allahverdi Bəhrəm oğlunun xatirəsinin əbədiləşməsi üçün xatirə lövhəsi hazırlamış və çalışdığı 5 saylı komandada 20.03.2021- ci il tarixində açılışı keçirilmişdir. Tədbirdə Şirkətin idarə heyyəti, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişlər.
Şirkətin direktoru Anar Məmmədov ilk növbədə şəhidin valideyinlərinə Allahverdi Novruzov kimi bir igid oğul yetişdirdikləri üçün öz təşəkkürünü bildirmişdir.
A.Məmmədov bildirib ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib:" Hazırda bütün şəhid ailələri dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub lakin özəl müəssisə və təşkilatlar da bu işə öz tövhəsini verməkdədir.
"Security Operation Services" MMC 20.03.2021- ci il tarixində Səlyan rayonunda Şəhid Allahverdi Novruzovun və Nefşala rayonun Qoltuq kəndindən olan XTQ zabiti baş leytenant şəhid Əzizov Xəyyam Əli oğlunun ailəsində olmuşlar. Şəhid ailələrinə bayram sovqatları təqdim olunmuşdur.
Security Operation Services müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR -la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir. Onu da qeyd edək ki, yaxın günlərdə şirkət 53 Vətən Müharibəsi iştirakçısını işlə təmin edib və həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mahafizəsinə cəlb edilib.
Oxunub: 980