dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidimiz Əhmədli Qardaşxan Elxan oğlu doğum günündə anıldı


Djb.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Fuad Cəbrayılov, şöbə müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şəhidimiz Əhmədli Qardaşxan Elxan oğlunun doğum günündə Hövsan qəsəbəsi, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsində yaşayan ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərmiş, həmçinin, məzarını ziyarət edərək onun ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.

Aprel döyüşlərində də iştirak edən Qardaşxan Əhmədli Vətən müharibəsində mərdliklə vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirmişdir ki, Vətən və millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir Şəhid olmaq. Və hər bir Şəhid ailəsi bu məqama ucalan mərd oğullarımızın bizlərə əmanətidir. Onlara dəstək olmaq hər birimizin borcudur.

Qeyd edək ki, Şəhidimiz Qardaşxan Əhmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Allahdan bütün Şəhidlərimizə rəhmət, doğmalarına isə səbr diləyirik.



Oxunub: 1 138
Oxşar xəbərlər
SON XƏBƏRLƏR