dini radikalizm və ekstremizmlə mübarizə

Adını tarixə həkk edən lider


Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Media nümayəndələri ilə keçirilən mətbuat konfransında xalqın səsi olan cənab Prezident mənfur erməni qəsbkarlarının vətəndaşlarımızın başına gətirdikləri müsibətləri bir daha dünyaya çatdırdı. Çıxışında ətraflı şəkildə Xocalı soyqırımı və Vətən Mühatibəsində, o cümlədən tarix boyu xalqımızın başına gətirilən ağılasığmaz hadisələrdən söhbət açan cənab Prezident Ermənistan rəhbərliyinin dinc əhaliyə qarşı törətmiş olduğu vəhşilikləri bir daha vurğuladı. Dörd saat davam edən konfranda ölkə başçısı yerli və xarici KİV nümayəndələrinin suallarını cavablandırdı. Hətta Vətən Müharibəsi dövründü müsahibələr zamanı qərəzli sualların, ittihamların səsləndirilməsi bu dəfə də dayanmadı. Təbii ki, siyasi arenada öz möhürünü vurmuş bir rəhbər üçün sual adı altında səsləndirilən ittahamların dəf edilməsi heç də çətin deyil. İttiham etməyə çalışan jurnalistlərin elə öz sualları içində boğulması da cənab Prezidentin siyasi zəkasının təzahürüdür.
Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində öz liderinin ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirdi. Təbii ki, bu qələbə rəhbər və xalq birliyinin bariz nümunəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə Azərbaycanın onsuz da dünya dövlətləri içində tutduğu əsaslı mövqeyi daha da möhkəmləndirdi.
Azərbaycan xalqı hər zaman öz liderinin ətrafında sıx birləşmişdir. Biz gənc nəsil hər zaman cənab İlham Əliyevin çağırışına hazırıq. “Dəmir yumruq” hər zaman düşmənin başının üzərindədir. Hər an revaşist qüvvələr “Dəmir yumruğ”u hiss etməlidirlər. Bilməlidirlər ki, Azərbaycan 90-cı illərdəki dövlət deyil. Bu gün Azərbaycan dünya miqyasında tanınan, müstəqil mövqe sərgiləyən, lazım olduqda münaqişələri hərb yolu ilə həll edə bilən güclü bir dövlətdir.


Elşən Ağazadə
Biləsuvar şəhər Ə.Eynullayev adına 4
saylı tam orta məktəbin direktor əvəzi,
Biləsuvar rayon YAP Gənclər Birliyinin idarə heyətinin üzvü

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR