Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz cıxışlarında belə deyirdi: “Mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm”
Bu ifadə xalqımızı səbrli , təmkinli olmaqa , ali baş komandanın döyüş əmrini verecəyi günü gözləməyə əsaslı zəmin yaratmışdır. Həmin zaman 27 sentyabr 2020 ci il tarixdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı zamanı Ali Baş Komandan əks hücüm əmri veriləndə gəlib çatdı. Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün müharibəyə başladı. Haqq-ədalət uğrunda müharibə aparan xalq qələbəyə məhkumdur. Azərbaycan xalqının müharibəsi azadlıq müharibəsi idi. Azərbaycan Ordusu Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını alaraq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Bu günlər ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, deyən Azərbaycan prezidenti İlham Əliyevin bu qürurverici ifadələrindən əzəmətli görəsən nə ola bilər?!
Prezident onu da bildirib ki, bu gün biz bir daha bütün dünyaya böyük və məğrur xalq oduğumuzu sübut edirik. Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk. Noyabrın 10-u xalqımız və dövlətimiz üçün tarixi bir gündür. Bəli, bu gün Azərbaycanın güclü və yenilməz ordusu var. O ordu ki, döyüş meydanın da öz gücünü göstərə bildi. Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzünə, 28 illik işğala son qoyuldu. Tarixi ədalət öz yerini tapdı. Xalqımızın 28 illik Qarabağ həsrəti sona çatdı. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuzun müzəffər yürüşü düşmənə göz dağı çəkdirdi. 40 gündən bir az çox davam edən döyüşlərdə şanlı ordumuz parlaq qələbələrlə xalqımıza sevinc, düşmənə isə rüsvayçı məğlubiyyətin acı taleyini yaşatdı. Bəli, bu gün bütün dünya ordumuzun gücünə, xalqımızın birliyinə şahidlik edir. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl abu-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu bu qələbəmizi şərtləndirdi. Ən mühüm məqamlardan biri də milli məsələlərdə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan xalqı bütünlüklə Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşərək dövlətimizə və ordumuza həmrəylik nümayiş etdirdi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. İmkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Burada Ali Baş Komandanın möhkəm iradəsi öz sözünü dedi. İlham Əliyev döyüş meydanında olduğu qədər, arxa cəbhədə də mənfur düşmənin dəyirmanına su tökənləri susdurmağı bacardı. Bəli, bütün bunlar Azərbaycan dövlətinin gücünün, Ordumuzun yenilməzliyinin, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu qələbə bir daha bizim kimliyimizi bütün dünyaya bəyan etdi.
Artıq bir reallıq var: Qarabağ Azərbaycandır!
Bu tarixi qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Bu gün xalqımızın qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna ehtiramı sonsuzdur. Qələbə məğrur Azərbaycan xalqına çox yaraşır. Bu böyük qələbə işğal altında olan bütün torpaqlarımızı özümüzə qaytardı. Bu qələbə xalqımızın 30 illik ümidsizliyinə son qoydu, tarixi ədaləti bərqərar etdi. 30 ildə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qisası layiqincə alındı. Bu Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.
Hünbətov Azər Əliqulu oğlu
Biləsuvar rayon Zəhmətabad kənd
Dadaş Dadaşov adına ümumi orta
məktəbin direktoru
Oxunub: 724