dini radikalizm və ekstremizmlə mübarizə

Abşeronda "Karabağ Zaferi Şiir Yarışması" adlı yeni layihə ilə bağlı videokonfrans şəklində görüş keçirildi.


Dlb.az xəbər verir. Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə İctimai Şuranın üzvlərinin, Bakü Türk Anadolu Lisseyinin direktorunun, Abşeron rayon Təhsil şöbəsinin müdirinin, Abşeron ərzazisi üzrə məktəb direktorlarının, müəllimlərin, şagirdlərin və digərlərinin iştirakı ilə "Karabağ Zaferi Şiir Yarışması" adlı yeni layihə ilə bağlı videokonfrans şəklində görüş keçirildi.
Görüşü giriş sözü ilə açan İctimai Şuranın sədri qeyd etdi ki, "Azərbaycan 2020-ci ildə cəmi 44 gün davam edən müharibə nəticəsində yenidən torpaqlarının müstəqilliyini tam bərpa etdi. Bu şərəfli eyni zamanda da çətin zamanda qardaş Türkiyə hər zaman bizim yanımızda oldu. Bizlər dəstəyi üçün qardaş ölkəyə birdaha dərin minnətdarlığımızı bildiririk. Bakü Türk Anadolu Lisseyinin təqdim etdiyi "Karabağ Zaferi Şiir Yarışması" adlı müsabiqə ilə gənclərimizin istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyəti vardır. Bundan sonrada Abşeron ərazisində belə tədbirlərin keçiriləcəyini bildirdi".
Bakü Türk Anadolu Lisseyinin direktoru qeyd etdi ki, " Azərbaycan torpaqları bizlər üçün hər zaman ata yurdu deməkdir. 44 gün davam edən müharibə nəticəsində yenidən bu torpaqların tam müstəqil olması bizələridə çox sevindirdi. 44 günlük müharibə dövründə də Türkiyə hər zaman olduğu kimi Azərbaycanı dəstəklədi və yanında oldu. Bundan sonra da bu birlik qardaşlıq davam edəcək". Daha sonra "Karabağ Zaferi Şiir Yarışması" adlı müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, "Müsabiqənin əsas məqsədi 44 günlük Vətən müharibəsində Vətən üçün canlarından keçənlərin xatirəsinə hörmət əlaməti olaraq milli mübarizə ruhunu yaşadan, hiss etdirən şeirlerin yazılmasına həvəsləndirmək, müsabiqənin sonunda ortaya çıxan gözəl şeirlərdən ilk 50-nin bir kitab halında nəşr edilməsi və müsabiqədə yer tutan şagirdlərin mükafatlandırılmasıdır".
Təhsil şöbəsinin müdiri bildirdi ki, "Biz 30 ildir həsrətində olduğumuz dədə-baba torpaqlarımıza 44 gün davam edən Vətən müharibəsi nəticəsində yenidən qovuşduq. Bu dövr ərzindədə də qardaş ölkə Türkiyə də bizim yanımızda idi. Bizlərdə qardaş ölkəyə dəstəkləri üçün təşəkkürlərimizi bildiririk". Həmçinin qeyd etdi ki, Bakü Türk Anadolu Lisseyinin təşəbbüsü ilə keçiriləcək "Karabağ Zaferi Şiir Yarışması" adlı müsabiqə Abşeron ərazisində yerləşən məktəblər də qatılacaq və gənclərimizin vətənpərvərlik mövzusunda öz istedadlarını nümayiş etdirəcəyi "Karabağ Zaferi Şiir Yarışması" adlı müsabiqə üçün Bakü Türk Anadolu Lisseyinə təşəkkürlərini bildirdi.
Daha sonra müəllimlər və şagirdlər çıxış edərək öz fikirlərini qeyd etdilər və gənclərin vətənpərvərlik mövzusunda öz istedadlarını nümayiş eydirə biləcəkləri belə layihə həyata keçirdiyi üçün Bakı Türk Anadolu Lisseyinə təşəkkürlərin bildirdilər.




Oxunub: 695
Oxşar xəbərlər
SON XƏBƏRLƏR