dini radikalizm və ekstremizmlə mübarizə

YENİ YAŞIN MÜBARƏK, ƏLİ MÜƏLLİM!


Uzun illərin dostu, gözəl insan, ailə başçısı və mükəmməl məktəb rəhbəri Əli Nəcəvov! Sizi və ailə üzvlərinizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirəm! Uğur, cansağlığı və gözəl günlər Sizinlə olsun!..
... Bu əziz gündə xatirələr məni haralara aparmadı? Əmək fəaliyyətinə başladığımız günlər, gəncikən məktəb rəhbəri kimi fəaliyyətimiz. Uğurlarımız, təqdirlərimiz, təqiblərə məruz qaldığımız günlər! Biz həmişə bir olduq, fikir mübadiləsindən, dərd-sərimizi, sevincimizi bir-birimizlə bölüşməkdən çəkinmədik. Sir dostu, ürək dostu olduq! Əziz günün, xoş günün çox mübarək, əziz dost!
... Nə gözəl ki, öz adət-ənənələri, yaxşı insanları, yetirdiyi böyük və mükəmməl sakinləri ilə fərqlənən Buludlu kənd camaatı Sizi yaxşı bir müəllim, məktəb rəhbəri və ağsaqqal kimi qəbul edib dəyərləndirir!
... Nə gözəl ki, Siz İmişlinin ziyalıları arasında, təhsil ictimayyəti sferasında, direktor korpusunda böyük hörmətə malik, sayılan bir insan, şəxsiyyətsiniz!
...Nə gözəl ki, Siz İmişlinin tanınan və sevilən ziyalısı, məktəb direktoru kimi həmişə respublika səviyyəli tədbirlərdə rayonumuzu layiqincə təmsil etmisiniz. İzləmişik, görmüşük və həmişə də fəxr etmişik!
... Nə gözəl ki, Sizin uğurlu pedaqoji fəaliyyətiniz, ictimai fəallığınız həmişə təqdir olunur. Ölkə baççısı cənab İlham Əliyevin fərmanı ilə " Tərəqqi" medalı alanda, Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin fəxri-fərmanlarına layiq görüləndə dost qəlbinin sevinci aşıb-daşırdı..
Çox dəyərli və əziz dost! Həmişə ilin bu əziz günün bir məkanda, daha böyük sevgi ilə keçirərdik. Ürək sözləri, fikirlər, arzular bir-birinə calanardı. Pandemiya və yaşadığımız Şəhid ağrıları üzündən bir araya gəlmədik. Fikirlərimiz, arzu və istəyimiz isə yerindədir. İnşallah, qəlbimizin Vətən sevgisi ilə Zəfər Bayrağımız sancılan, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşamızda bir araya gələrik!
YENİ YAŞIN MÜBARƏK, ƏLİ MÜƏLLİM!

Səxavət Tağlar
Əməkdar müəllim

Oxunub: 477
Oxşar xəbərlər
SON XƏBƏRLƏR