dini radikalizm və ekstremizmlə mübarizə

SƏMİMİYYƏTİ İLƏ QƏLBLƏRİ FƏTH EDƏN QADIN!


Bu gün oxuyacağınız mövzunu Milli məclisə seçkilər zamanı yazmışdım. O, zaman Almaz xanımın milli məclisə deputatlığının təşəbbüsünü Şəhid anaları irəli sürdüklərini eşitdiyim üçün bu yazını yazmışdım. Baxmayaraq ki, Almaz xanım kimi xalqın içindən çıxan, dövlətə sədaqətli, kəskin təndiqi yazıları ilə hər kəsi çalışdığı sahədə ədalətli olmağa səsləyən bir millət vəkilinə hər zaman ehtiyac duyulur.
Bunları bildiyim halda ona müraciətim tam fərqli oldu.
Bu gün 2 fevral gənclər günüdür. Hər bir gənci övladı kimi qəbul edərək probleminə ana kimi yanaşan bir lider qadın.
Mehribanlığı, səmimiyyəti ilə minlərlə insanın qəlbini fəth edən qadın.
Almaz İlahə Əhmədova!
Bu ad bizə çox söz deyir.
Sevilən şairə, sözünün natiqi, vətəninin aşiqi , xalqının fədakarı, xeyirəməl sahibi, haqqı nahaqqa qurban verməyən, qələmi ilə dövlətini, xalqını yağılardan qoruyan bir yazar, Şəhid ailələrinin, Qazi bacı-qardaşlarının ürək sirdaşı və s...kimi müxtəlif müsbət xüsussiyyətləri özündə cəm etmiş bir Azərbaycan xanımı.
Onun rəsmlərinə baxarkən ilk yaranan təsürat əsl Azərbaycan qadınının simvolu.
Hərdən üzümü tutub bu insana demək istəyirəm :-" Almaz xanım , gördüyünüz bu təmənnasız mötəbər işlərə baxmayaraq sizin millət vəkili olmadıqınıza peşman olsam da hərdən də o postda olmadıqınıza sevinirəm.
Bir işi görmək üçün millət vəkili olmaq gərək deyil. Siz Azərbaycanı Qardaş Türkiyədə illərlədir ki yüksək şəkildə təmsil edirsiniz. Bu heç də az deyil. İllərlə milli məclisdə əyləşərək mürgüləyən millət vəkillərin çoxunun görmədiyi işləri görürsünüz.
Siz millət vəkili olsanız bəlkə də xalqdan ayrı düşərsiniz. Bəlkə dedim. Amma sizi yaşadan bu xalqın sizə olan sevgisidir, siz onlardan ayrıla bilməzsiz...
Daim el anası kimi nəzər diqqətiniz xalqın üzərində olduqu kimi də, özünüzdə real olaraq xalqın cətin dərdli anlarında, problemlərinin həlli üçün əlinizdən gələni edirsiniz.
Sizi xalq məhəbbəti- xalqı da ,sizə olan inam etibar yaşadır. Millət vəkilli olmaq istəyən insan çoxdur. Amma Almaz İlahə olub onun görmək istədiyi vətənpərvərliyi, əqli-zəkasının ,idrakının hakimliyi ilə heç kimə, heç nəyə boyun əymədən, tabe olmadan öz düzgün əqidəsi ilə xalqının yanında nizamlı durmağı hər kəs bacarmaz. Bu bir çoxlarının bacarmadığı bir duruşdur. Dəyişməyən mövqe sarsılmayan mübarizə .
Sanki bu Almaz İlahə böyüklüyünün əlində bayraqı və şüarıdır.
Almaz xanım Deputat seçkilərində olan haqsızlıqları, ədalətsizlikləri görərək, düşünürəm ki, sizin yeriniz ancaq və ancaq xalqın içidir.
Gənclərə aşıladığınız vətənpərvərlik ruhunun yüksəlməsi üçün təşkil etdiyiniz tədbirlərin canlı şahidlərindən olduğum üçün bu səpkidə gördüyünüz işlərin nə sayı nə qiyməti olmadığını da bilirəm. Bircə övladınız könüllü vətəni erməni vandallarından geri almaq üçün müharibəyə yola düşən ilklərdən olarkən belə. "Mən oğulu vətən üçün yetişdirmişəm dediniz." Bunu bir çoxları söz xatirinə deyə bilər. Amma ölümün gözünə dik baxan qadın mərdliyi cəsarəti sizdə gördüm və səmimiyyətinizə tam inanıram.
Mən sizin xeyir əməllərinizin şahidi olaraq müraciət və xahiş etmişdim.
Xalqın bu çətin istər iqtisadi, mənəvi istərsədə başqa müəyyən köməyə, dəstəyə ehtiyacı olduqu bir halda tək qoyub millət vəkili olmayın.
Biz sizi Allahın xalqa bəxş etdiyi bir xeyirəməl sahibi kimi görüb ,qəbul edir və daim bizlərin içərisində olmaqınızı arzu edirik.
Çünki siz heç kimə yuxarıdan aşaqı baxmayan , xalqın dililə, arzusilə danışıb onların dərdlərinə şərik olub arzularını həyata keçirən bir mələk simasız.
Nə yaxşı varsız və nə yaxşı gənc nəslə örnək olan ALMAZ İLAHƏ böyüklüyünü hörmətli tutaraq adınızın yanında daim DƏYƏRLİMİZ sözünü qazanmısız.
Biz sizinlə fəxr edirik Almaz xanım!

Hörmətlə

Gülşad Nurani

Oxunub: 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR