dini radikalizm və ekstremizmlə mübarizə

VƏTƏN MUHARİBƏSİNDƏ İŞTİRAK ETMƏKDƏN QÜRUR DUYURAM


Əzizli Kamran Vüqar oğlu 1996-cı ilin 25 iyulunda Biləsuvar rayonu, Bəydili kəndində anadan olub. 2014-cü ildə Bəydili kənd, Rüfət Mikayılov adına tam orta məktəbi bitirib, oktyabr ayının 8-i hərbi xidmətə gedib. Ordu sıralarında 3 aylıq təlimlərdən və kəşfiyyat kursunu başa vurub, Tərtərdə və Ağdam rayonlarındakı “N” saylı hərbi hissələrdədə kəşfiyyat tağımında xidmətini davam etdirmişdir.  Nümunəvi xidmətimə görə tərtiflərə layiq görülüb.
Kamran deyir ki, torpaqlarımızı işğal altında saxlayan düşmənin dəfələrlə atəşkəsi pozması, əsgərlər tərəfəindən daima hiddətlə qarşılanırdı.Yaxşı yadımdadır, məfur düşmənin 2015-ci ilin sentyabr ayında növbəti təxribatı zamanı, taborumuzu top atəşi ilə vurarkən  bir mülki vətəndaşı da şəhid verərkən, atəşkəs pozulanda bütün hərbi heyyət müharibə olmasını istəyirdi ki, düşmənə öz yerini göstərsin...
2016-cı ilin aprelin 1-də təxris olunmalı idim lakin martın 31-dən, aprelin 1-ə keçən gün atəşkəs mənfur düşmənlərimiz tərəfindən yenidən pozuldu. Həyəcan siqnalı verildi və tabor komandiri tərəfindən döyüş vəziyyətinə gətirildik, postda yerimizi aldıq. Düşmənin hücuma keçən kəşfiyyat qrupunun təxribatının qarşısını aldıq, düşmən tərəf ciddi itki verərək geri çəkildi... .  Aprel döyüşlərində fəal iştirak etdiyim üçün tərtif olundum və 25 apreldə hərbi xidmətimi bitirib ailəmin yanına döndüm.
... Torpaqlarımızın azdlığı uğurunda xalqımızın başladığı haqq savaşı Vətən muharibəsi başlayanda, bu günü səbirsizliklə gözləyən minlərlə vətən oğlullarından biri Kamran Əzizlidir. Muharibə başlayan 28 sentiyabırda hərbi komissarlıqda olarkən, ona ehtiyac olduğu vaxt təkrar çağıracaqlarını söylədilər. O, isə könüllü surətdə həmin gün getmək istədiyimi bildirirək döyüşə yollanıb.  Ağcəbədi və Beyləqan rayonlarındakı qısamüddətli döyüş hazırlıqlarından sonra, oktyabr ayının 3-ü günündən Füzuli istiqamətində döyüşlərə qatılmışdır.
Şanlı ordumuzun  Kamran kimi qəhrəmanları uzun illərdən düşmən tapdağında qalan kəndlərimizdə üçrəngli bayrağımızı ardıcıl olaraq dalğalandırır. O, deyir ki, kəndlərdə irəliyə-irəliyə mövqeyimizi tuturduq. Tutduğumuz mövqelər düşmən tərəfindən artilleriya atəşinə tutulurdu amma qorxmadan, ürəklə daim irəliləyirdik. Oktyabrın 6-ı günü saat 17:00-18:00 radələrində düşmən üzərinə hücuma keçən zaman sağ baldır nahiyəmdən 7/62 snayper gülləsindən yaralandım. Döyüş zamanı bir neçə kəndi azad eləmişdik. Döyüş yoldaşlarım tərəfindən ilkin yardım kimi remenlə bud hissədən ayağımı sıxdılar. Açıq ərazidə döyüşdüyümüz üçün 25-30 metr sürünərək özümə yeni mövqe tutdum. 9-10 saat yaralı halda orda qaldım və ilkin  yardım göstərilənə qədər çoxlu qan itirmişdim təxriyə gələ bilmirdi. Məndən başqa 3 nəfər döyüş yoldaşlarımda yaralanmışdı. Ayın 7-si günü səhər saat 4 radələrinə qədər döyüş meydanında qaldıq. 4 gün idi ki, ac-susuz idik, ərzaq gətirmək məlum məsələ mümkün deyildi. Döyüş yoldaşlarımın köməyi ilə neytral zonadan çıxarıldım və akoba gətirildim, ordan sanitarka maşını ilə ambulansa təhvil verildim, ilkin yardım Füzulidə, Əhmədbəyli mərkəzi xəstəxanasında göstərildi.  Oktyabrın 7-si İsmayıllı xəstəxanasına aparıldım, orda da müalicə aldım daha sonra səhhətim yaxşı olmadığı üçün, oktyabrın 24-ü Bakıya, Papalin hərbi qospitalına aparıldım. Sağ olsunlar, həkimlərimizin səyləri nəticəsində müalicələrim yaxşı nəticə verdi.
Evinə, valideyinlərinin yanına qayıdan Kamran deyir ki, 44 günlük Vətən müharibəsinin canlı şahidi olduğum üçün qürur duyuram!. Xalqımızın, cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək əldə etdiyi misilsiz qələbədən qürür duyuruq. Hər zaman Fəxr edəcəyik ki, qalib ölkənin vətəndaşlarıyıq.

Röya Əşrəfova




Oxunub: 1 086
Oxşar xəbərlər
SON XƏBƏRLƏR