dini radikalizm və ekstremizmlə mübarizə

COVID-19-a yoluxmanın aşkarlanmadığı ölkələr - SİYAHI

COVID-19-a yoluxmanın aşkarlanmadığı ölkələr - SİYAHI

Dünyada COVID-19-a yoluxanların sayı 80 milyonu ötüb.

KONKRET.az xəbər verir ki, koronavirusa yoluxma sayına görə, ABŞ, Hindistan, Braziliya və İtaliya siyahıya liderlik edir.

Koronavirusun aşkarlanmadığı ölkələr də var.

Həmin ölkələri təqdim edirik:

Türkmənistan, Şimali Koreya, Samoa, Mikroneziya, Kiribati, Palau, Tuvalu, Tonqa, Nauru.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Koronavirusun yeni ştammı isə ilk Böyük Britaniyada aşkarlanıb. Mutasiyaya uğrayan yeni koronavirusun bu növü 70 faiz daha sürətlə yayılır. Artıq yeni ştamm Braziliyada, İsveçrədə də müşahidə olunub. Qonşu Gürcüstanda da olduğu istisna edilmir.

Azərbaycanda isə koronavirusa ilk yoluxma faktı cari ilin fevral ayının 28-də qeydə alınıb.

Oxunub: 390
Oxşar xəbərlər
SON XƏBƏRLƏR