dini radikalizm və ekstremizmlə mübarizə

Xudayarın dastanı


Mehbarə Əmirli həm hüzün, həm qürur göz yaşları içində Xudayarın ailəsini, ata-anasını anladır..şəkillərə baxırıq..atası ilə Xudayarın şəklinə..çox bənzəyirlər, ikisi də haqq dünyasındadır.. Ailə,qohum əqraba bağlarının güclü olması ilə yanaşı, həm də hər biri, bir istedada sahibdirlər..Mehbarə xanım sahə olaraq defektoloq, laqapeddir ancaq, çox gözəl vətənpərvərlik, və Qarabağ nisgilli şeirləri var..müəllim görmədən pianoda ifa etməyi öyrənib....qardaşı oğlu Xudayarla sima bənzərliyi o qədər çoxdur ki, Xudayardan behs edərken hüzünlü təbəssümü eyni ilə Xudayar gülümsəyir sanki..yanağındakı qəmzəsi ilə..bu bənzərliyi dilə gətirərkən təkrar ağlayır və anlatmağa davam edir..Xudayarla biz çox yaxın, dost kimi olmuşuq, bura onun ikinci evi olub, həmişə sözümüz söhbətimiz bir olub..burda onun öz otağı, geyimləri, şəxsi əşyaları var idi..indi də durur( göz yaşını silir). Ayın 27 si Vətən müharibəsinə də elə bizdən yola düşüb..bir gün öncədən çantasını hazırlayıb gəlmişdi, qayğılı olması diqqətimi çəkdi soruşsam da cavab vermədi..axşam otaqda bibi bala dərdləşdik. İçi ermeni soysuzlarına qarşı qəzəblə dolu idi..və mənə tanış idi onun bu halı..Torpaqlarımızın işğal altında olmasını heç vaxt qəbul edə bilmirdi Xudayar ve indi nəhayet əsil, kişi kimi torpaqlarımızı o erməni itlərindən təmizləyəcəyik deyə qəzəblelə yumruğunu sıxıb gözlərini qayğıyla uzaqlara dikdi..çox isrardan sonra gözlərindəki o qayğının səbəbini dilə gətirdi..Döyüşə könüllü yazılmış ve indi cəbhəyə yola düşməsini, ailəsinden saxlayırdı. Anasını, yaşlı nənəsini, ve digər ailə yaxınlarını qayğılandırmaq istəmirdi o böyük ürək sahibi 22 yaşlı cəngavər.

Masadakı çaylar soyuyub, xatirələr ve göz yaşlarımız, acımız, ürək yanğımız istidir..Xudayarın bacısı Xanım Yusifzadə bu evin gəlinidir..kədərli halda çayımızı təzələyib yanımızda əyləşir..Mehbarə xanım danışdıqca Xanımın göz yaşları səssiz səssiz axır...bu səfər Xanımla Xudayarın bir birinə olan bacı qardaş sevgisi, bağlılığından danışır bibisi. arada Xanım da Xudayarla olan uşalıq və gənclik xatirələrinq toxunur..Bacının qardaş itkisi başqa bir acıdır bənzərsizdir..mənə tanış duyğudur Xanım Yusifzadəni yaxşı anlayıram..Analar oğulları ilə, bacılar qardaşlarıyla nəfəs alar..İbadətli, inanclı bir ailənin ferdləri olmaları nədənsə İslam tarixindən tanış olduğumuz Məhəmmeləd Peyğəmbərin nəvələri Kərbəla qəhreləmanları, Hz Hüseyn və Hz Zeynəb (ə) bacı qardaşlarını xatırlatdı mənə. Ani səssizlik oldu..
Xudayarın Məhəmməd adında bir qardaşı da var..Xudayarın adını kim qoyub? Sual verirəm Mehbarə xanıma..dərin bir köks ötürüb: rəhmətlik qardaşım ( atası) deyə cavab verir..soruşanda da deyirdi ki, Xuda özü yar olsun balama deyirmiş.. sen demə Xudanın sevimlisi olacaqmış, ən yüksək məqamına Şəhidlik zirvesinə ucalacaqmış

Əli Əmirliyə sual verirəm, böyüyəndə hansı seneti seçmeyi düşünürsən? Heç düşünmədən dayım kimi qəhrəman olacam..Bəli igid oğul dayısına bənzər..44 günlük Veten müharibesi zamanı,həm döyüş meydanında qəhrəmanlığı həm """ Vətən yaxşıdır""" təsnifi ilə dastan yazan şəhidimiz Xudayar Yusifzadqnin bacısı oğlu Əli Əmirli də həyatda əsil sənətin kişilik, Vətən qəyrəti çəkmək vq şərəfli ölüm olduğunu artıq anlayıb...Ot kökü üstə bitelər Xudayar kimi qəyrətli bir oğulu yetişdirən böyüdən aileni tanımaq üçün qhrəman şəhər Bərdəyə gedə bilmqdiyimiz üçün (Covid 19 səbəbiylə), Xudayarın ikinci evi olan bibisi Mehbarə xanımlara qonaq olduq....
Azərbaycan, Vətən yaxşıdır adlı məlahətli səsin sahibini, 27 sentyabr 2020 ci ildə xain ve mənfur qonşumuz Ermenistanın yenidən torpaqlarımıza silahlı saldırısı təcavüzü sonrası başlayan Vətən müharibəsinin qızğın döyüşləri zamanı cəbhə xəttində tanıdı..Ona qədər Xudayar Yusifzadəni yaxından tanıma şərəfinə nail olan müəllim, qonşu, hərbi xidmət zamanı ve Sərhəd Qoşunlarındakı əsgər, həmkar dostları var idi. Ancaq o içdən, vətən sevgisi hopmuş, məlahətli səsin sahibini səngərdə tanıdıq çox.. çoxlarımız ..Vətən yaxşıdır təsnifi ilə cəbhədə qızğın döyüş sonrası səngər yoldaşlarını öz şücaəti ilə yanaşı, səsi ilə də ruhlandırarkən bir yandan da xatirə videosu çəkmişdi telefonu ilə... sən demə iki gün sonra bütün Azərbaycanın dastanına çevriləcəkdi...
Deyirlər aslan övladına ot otlamağı, deyil, ov ovlamağı, ət yeməyi, qartal, balasına zirvədə qanad çalmağı öyrədər.. Xudayar da qartal olub zirvədə olmağı, aslan kimi nərə çəkib döyüş meydanına cəsarətlə addımlağı da elə ailesindsn atalarından öyrənmişdi....

Arxası qapıya tərəf oturan Mehbarə xanım çevrilib qapını göstərdi və gedərkən iki dəfə sarılıb öpdüm, o, dopdolu tebessümü ile baxıb bibi sən Allah üzülmə və nigaran qalma, əsla da ağlama..Valla bu səfər qələbə çalacağıq buna o çox inanıram... və getdi...indi də elə bilirqm yenə hər an güle gülə o qapıdan içəri girəcək..Mehbarə xanım o qədər içdən, təsirli danışır ki, qeyri ixtiyarı mənim dq qapıya zillənir baxışlarım...düşüncəyə dalıram..Ey həyat sən nə qəribəsən..bəlkə də həyatda ikən tanış olmaq fürsəti ya olardı, ya olmayacaqdı..bu gün sənin dastanınla sən yoxkən tanış olmaq nəsib olur...

O, da atası kimi mehriban, ünsiyyətcil, səmimi və insansevər olub..bu xüsusiyyəti, mərdliyi onu çevrəsində dostlarına çox sevdirib..şəhid olduqdan sonra Sərhəd Qoşunlarındakı hərbi xidmət dostları, onun bu vaxtsız gedişini qəbul edə bilmirlər..
Xudayarın ən böyük xəyalı Şuşanın azad olmağını və Şuşanı yaxından görmək idi..

Xudayarın dünyaya gəlişinin 24 günlüyündə atası vəfat edib, Bərdədə sayılan, sevilən biri olub atası Müslim Yusifzadə.Çox istedalı qarmon ifaçısı olmaqla yanaşı, tevazökar, səmimi və insansevər biri olub. İnsanlığı, gözql xasiyyqti ilə sevəni, hörmət edəni çox olub..elə ona görədir ki, Xudayarın şəhid xəbərindən sonra tanıyanlar Müslim kimi bir atanın oğlu məhz belə qəhrəman, vətənsevər və qeyrelətli olmalıydı deyirlər..Həm istedadlı, həm vətənsevər bir ailənin fərdi idi Xudayar..əmisi Elzamin Yusifzadə də 1992 ci illər Qararabağ savaşında Vətən uğrunda gedən döyüşlərin istirakçısı olub..Soy kök atadan gəlməklə yanaşı, tərbiyə çox mühimdir bir fərdin insan kimi formalaşmasında..Ana,qadın Qurani Kqrim kimidir deyirlər, ikisi də insan tərbiyə edir. Bəli. Xudayar kimi bir igid vətqnpərvəri Vətən qeyrətli tərbiyə edən Radə xanım kimi Qarabağlı, halalzadə, inanclı biri terbiyə etmişdir. Əslən Ağdamlı olan Radə xanımın işgal altında olan torpaqlara olan nisgili, həsrəti Xudayara da sirayqt etmiş ki, o gözəl sesinə, istedadına, musiqi savadına rəğmən içindəki Vətən qeyrəti, təəssübü onda hərbiçi olmağa sevgi yaratmışdı..Hərbi geyimə xüsusi rəğbəti olub Xudayarın və hərbiçi olmağı seçib. Elelə ikinci Qarabağ müharibəsinə də Azərbaycan Silahlı Quvvələri gizir hərbi vəzifəsi ile könüllü qatılıb..

Ancaq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.

Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət etmişdir. Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlamışdır. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak etmişdir.
Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq düşməni məhv etmişdir. Aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlmişdir...indi Xudayarın xatirəsi milyonların qəlbindq yaşadığı kimi, ruhu da qürurla, təbəssümlə Qarabağın incisi Şuşamızın səmalarında, o, torpaqlarda gəzir...Ruhun şad olsun Şəhidim Şuşa artıq azaddır, igid səngər yoldaşların qisasını aldı....
Qəribə bir hiss var içimizdə Şəhidin gülümsəyən şəklini qucağımıza sıxıb ondan danışırıq. O, isə şəkildən elə canlı təbəssüm edir ki, insan heyrətlənməyə bilmir..İlahi nə qəribə bir şərəfdir yaşarken də insanların qəlbində yər tutmaq, vəfatından sonra da qəlblərdə yaşamaq..Qeyrətdən yoxsul Vətənsizlər, Vətən təəssübü nədir bilməyənlər, Ordudan, döyüşdən min bir yolla qaçıb gizlənənlər elə bu şərəfdən də yoxsul qalacaqlar..Nə çox yaşayan var bu dünyada ayaq üste gəzən öldürürlər sadeləcə..Halbuki milyonların qəlbində rəhmətlə, saygıyla sevgiylə yaşamaq,anılmaq tərifi imkansız bir hissdir..Qeyri ixtiyari, qapı açılanda gözüm qapıya zilləndi..bəli buralardasan Xudayar, bizə təbssüm edirsən..Sənin şərəfli heyatını dinləmək şərəfi bizə də nail olduğu üçün Allaha şükürlər olsun. Sizə daima borcluyuq..Sağollaşmadan öncə Şəhidin şəkli və ailəsi ilə xatirə şəkli çəkərkən evin kiçik qəhrəmanı, dayısına çox bağlı olan Əli yaxınlaşır..ona digər uşaqları da çağır şəkil çəkdirək teklifi edirəm..Səslenir: Uşaqlar gelin şəklimizi çəkirlər internetə düşəcəyik..hüzünlə gülünmsəyirik..eyni dayısı kimi həm cəsaretli həm delə zarafatcıldır..döyüşlərdə şən zarafatı ve melahetli sesi ile döyüş yoldaşlarını ruhlandıran Xudayar Yusifzadə kimi
Yenə görüşmək diləyi ilə Mehbarə xanımgilin Xudayar ətirli evindən sağollaşıb ayrılanda Əli Əmirli nəzakətlə həyət qapısını açıb bizi yola salır. Əsgər salamı verib, sağol əsger deyirik..Xudayar bir yerlərdən təbəssüm edir..

Məleykə Nazlı. Araşdırmacı jurnalist
Foto: Günel Dadaşova



Oxunub: 1 232
Oxşar xəbərlər
SON XƏBƏRLƏR