dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidin evi əsəslı təmir edildi


Djb.az xəbər verir ki, vətən müharibəsində iştirak edərək şəhid olmuş Suraxanı rayonundan hərbi qulluqçuların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət və qayğı göstərilərək, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür.
Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Hüseynzadə Fərid Eldəniz oğlu da torpaq uğrunda, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin ailəsinə dəstək olunaraq yaşadıqları uzun müddət təmirsiz və dağınıq fərdi yaşayış evi əsaslı şəkildə təmir edilmiş və şəhidin ailəsinə təhvil verilmişdir.

Allahdan bütün şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik.




Oxunub: 567
Oxşar xəbərlər
SON XƏBƏRLƏR