dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin (MDU) 10 tələbə və məzunu “İGİDLİYƏ GÖRƏ” və “CƏSUR DÖYÜŞÇÜ” medalları ilə təltif olunublar.


Böyük Vətən müharibəmiz müzəffər Azərbaycan ordusunun qələbəsi ilə bitdi. Bu qələbə xalqımızın qəhrəmanlıq tarixində böyük səlnamələr, dastanlar yazmış oldu. Qarabağ uğrunda haqq savaşımızda əfsanəyəbənzər qəhrəmanlıqları ilə bütün dünyanı lərzəyə gətirən, dövlətçiliyə xidmət edən oğulların hər biri son 20-30 il ərzində təhsil müəssisələrində məqsədli şəkildə yetişən vətənpərvərlərdir. Torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim savaşı aparan, bu yolda sağlamlığını itirən, canından keçən qazi və şəhidlərimizi vətənpərvər yetişdirən də məhz məktəblərimiz və müəllimlərimizdir. Belə qəhrəmanlıq nümunələrini isə saymaqla bitirmək mümkün deyil. Belə qəhrəmanlıq nümunələri göstərmiş igidlərdən bir neçəsi də Mingəçevir Dövlət Universitetinin(MDU) tələbə ,müəllim və məzunlarıdır. Şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atan igid, qeyrətli oğullarımızın rəşadətindən hər zaman qürurla danışacağıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamlarına əsasən Mingəçevir Dövlət Universitetinin (MDU) 10 tələbə və məzunu “İGİDLİYƏ GÖRƏ” və “CƏSUR DÖYÜŞÇÜ” medalları ilə təltif olunublar.
Əsgərlərimiz mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, millətimizə sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanıblar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz!

Esmira Hidayətova

Oxunub: 560
Oxşar xəbərlər
SON XƏBƏRLƏR