dini radikalizm və ekstremizmlə mübarizə

Yardımlı rayon İH-nin başçısı Vətən müharibəsində şəhid olan cəsur yardımlıların hər birinin valideyninə dərin hüznlə başsağlığı verir və şəhidlərin ruhu qarşısında ehtiramla baş əydiyini bildirir.


"Bu günlərdə şəhid Cəfərli Cəfərin məzarını ziyarət etmək üçün Avun kəndinə getmişdik. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da aparat işçiləri ilə birgə şəhid ailəsinə başsağlığı verməyə gəlmişdi. Orada icra başçısının nümunəvi davranışı diqqətimizi cəlb elədi. Bəzi məmurlar kimi yağmurlu havalarda maşını saxlatdırmaq üçün quru yer axtarmadı. Maşınını lap kənarda saxlatdırıb, kənd camaatına qoşularaq, həyətə daxil oldu. Şəhid ailəsi nə qədər israr etsə də, onun üçün qoyulmuş stolda oturmadı. "Cəmiyyət ayaq üstə ola-ola mən oturmaram", dedi. Sonra geniş nitq söylədi. Şəhid atasına- "Mən sizin qulluğunuzda hazıram və sizin qarşınızda baş əyirəm"- deməklə dərdinə şərik olmağa çalışdı...

İndi çoxu deyəcək ki, nir məmur kimi borcudur. Bəli, ancaq bu borcu o qədər yerinə yetirməyən məmurlar var ki. Elə bu yaxınlarda qonşu rayonun icra başçısının şəhid mərasimində necə laqeyd iştirak etdiyinin şahidi oldum. Hətta bu məmur şəhid məzarənə ziyarət etmək üçün cəmiyyətlə yol getmədi ki, ayağı palçığa batar. Cəmiyyətdən ayrılıb öz xidməti maşını ilə iki yüz metrlik yolu qət etdi...

Son aylarda rayonumuzun ərazisində 21 şəhid dəfn olunub. Cənab Ayaz Əsgərov Yardımlıya gələn hər bir şəhidin mərasimində əsl vətəndaş, əsl dövlət məmuru kimi iştirak etdi. Havanın hansı şəraitdə olmasından asılı olmayaraq, gecənin hansı saatına baxmayaraq Ayaz müəllim Yardımlı xalqı ilə birgə oldu. Qələbə sevincini də kabinetdə yox, cəmiyyətin içində yaşadı...

İndiki məqamda şəhid ailələrinə diqqət çox önəmlidir. Onlar öz acılarını azacıq da olsa, dövlətin göstərdiyi diqqət sayəsində ovudurlar və bunu Ayaz müəllim hər bir şəhid ailəsinə göstərir. Bir şəhid dayısı kimi bunun şahidi olmuşam. Ayaz müəllimin nümunəvi davranışı şəhid atası Nuru Rzayevə çox təsir etdi və məndən xahiş etdi ki, Ayaz müəllim haqqında onun adımdan bir təşəkkür yazısı qələmə alım. Mən də onun fikirləri ilə həmrəy olduğum üçün bu sözləri yazdım...

Nümunəvi addımlar alqışa layiqdirlər və təbliğ olunmalıdırlar. Allah yaxşı insanları, dövlətə, xalqa sədaqətli məmurları qorusun!"- Bu kəlmələri Bilnə kəndindən olan şəhidimizin atası Nuru Rzayevin adından Xəqani Paşayev qələmə alaraq öz "Facebook" səhifəsində paylaşıb.

"Yardımlının Səsi" qəzeti,
dekabr sayı

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR