dini radikalizm və ekstremizmlə mübarizə

Əsgər yanıma gəl, get mənim gözlərimi yerdən tap gətir mənə...


Tovuz döyüşlərindən sonra düşmən demək olar ki, bütün cəbhə boyu yenidən hücuma keçmək, təxribat törətmək, yeni ərazi iddiasında idi. Bizdə qanuni şəkildə öz işimizi görürdük.
İstənilən anda düşmən hücumunun qarşısının alınması və əks həmlə göstərmək üçün yeni taktika və.s
Sentyabrın 27-si səhər saat təxmini yeddiyə bir neçə dəqiqə qalmışdı düşmən mülkü və hərbi obyektlərə iri çaplı silahlarldan, minaatanlardan atəş açmaya başladı.
Biz Füzulinin Kənd Horadizi istiqamətində düşmənə əks gücüm əməliyyatına başladıq.
Taktiki xüsusi əməliyyat qruplari, bu istiqamətdə iki qrup hərəkət edirdik, hər qrupda 12 nəfər idik.
Qrup komandiri: L/nt İbrahimov Bağı (Yevlax)
Yarım qrup kom: Gizir Həsənov Kamil (Gəncə)
Gizir Məmmədov Turqay (Tovuz)
Gizir Dadaşov Orxan (Yevlax)
Çavuş Vəliyev Hacı (Tovuz)
Kiçik çavuş Babayev Vüqar (Cəlilibad)
Kiçik çavuş Hüseynzadə Bəxtiyar (Füzuli)
Kiçik çavuş Aslanov Fərid (Füzuli)
Kiçik çavuş Əsədov Rəşad (Gəncə)
Əsgər Mövsümov Ayxan (Şabran)
Və 052 iki nəfər əsgər(ad soyad tam yadımda deyil)
3-cü qrupun qəhrəmari (Şərh bölümündə)
Artilleriya bölmələrimiz işini gördükdən sonra, istehkamçılar (sapyorlar) vasitəsilə minalanmış ərazini çətin də olsa aça bildik. Bir nəfər əsgərimiz yaralandı, təssüf
Bilənlər Həmd surəni bilməyənlər Allahu Əkbər deyərək ön xətti çətin də olsa yarıb, atəş dəstək verərək düşmənin səngərinə daxil olduq. Şükürkər olsun hər kəs sağdı.
Sağda bir solda bir düşmən postu vardı. Bir qrup sağa bir qrup sola, təmizlik işlərinə))
Hər postda 3-4 nəfər erməni digasi, dəqiq atəşlə məhv edildi. Düşmən hiyləgər və alçaqdır, haradasa gizlənə bilər, plan qura bilər Biz səngərdə 7-8 nəfər qoyub ikinci eşalona tərəf hərəkətə keçdik. Minalanmış ərazini keçib ikinci eşalona çatmışdıq ki, arxada atışma səsləri gəldi. Bizim təxmini etdiyimiz kimi oldu. Düşmən siçan kimi gizləndiyi yerdən çıxaraq səngərdə saxladığımız qrupa hücuma keçir və bir əsgəri yaralayır. Bizim qəhrəman qardaşlarımız cəld hərəkət edərək 6 düşməndən 4-nü bir anda məhv edir, sağ qalan iki erməni ikinci eşalona yəni biz olduğumuz istiqamətə gəlir. Məsafə çox olduğundan, həmdə ermənilər manevr edərək gəldiyindən düşündük ki, sursata qənaət etmək lazımdır.
Burda taktika işlətdik. Olduğumuz yerdən bir neçə metr qabağa çıxıb ermənilərin dili ilə (ara-ara) onları çağırıb, əl işarəsi ilə onları yanımıza çağırdıq. Sevincək bizə yaxınlaşan diğalari məhv edib ikinci eşalon istiqamətində hərəkət etdik.
İkinci eşalon demək olar ki, boş idi. İkinci eşalonun qabağında, sol tərəfimizdən Lələ Təpənin qabağından Kənd Horadizin ortası ilə düz Seyid Əhmədbəyli istiqamətinə kimi təxmini eni 10 metr dərinliyi 5-6 metr olan xəndək qazmışdı, beton plitələr, minalanmış ərazilər. Çətindir hə?!
Bir az keçmişdi sol tərəfimizdən, xəndəyin qırağı ilə bizə tərəf (Lələ Təpə istiqamətindən) düşmən postundan bir nəfər erməni dığası qaçır. Qaçırdı özdə necə? tez-tez arxaya baxaraq, dabana tüpürərək))
Gəlib Kənd Horadizi çıxdı, təxmini biz istiqamətə tərəf gəlirdi. Biz aidiyyəti üzrə bunuda yanımıza çağırdıq, bir görərdiz necə sevinirdi (bizləri özlərinki zənn edirdi)
Məqsəd onu diri tutmaq, danışdırmaq idi. Çox çəkmədi, gəlib çatmasına az qalmış qəzəblənmiş igidlərdən biri sərrast atəşlə dığanın sevincini söndürdü. Əcəb etdi, ama onu diri tutsaq daha yaxşı olardı.
Biraz gözlədik, arxada birinci eşalonda qalan qardaşlarımız gəlib çıxdı və 3-cü eşalon istiqamətində hərəkətə keçdik. Demək olar ki, Kənd Horadizi bizdədir. Kəndin sağ tərəfindən yuxarı avtomobil yoluna tərəf hərəkət edirik. O yoldan bir neçə kəndlərə hətta Cəbrayıl istiqamətinə yol gedir. Dayanmaq yoxdur yalnız taktika ilə irəli.
Hə onuda deyim ki, gəldiyimiz yol boyu düşmən mərmini başımıza yağış kimi yağdırırdı. Şükür Allaha hələ ki, Şəhid və yaralımiz yox idi
Budur artıq gəlib çatdıq, yolun kənarında betondan, möhkəm sığınacaq vardı. Ətrafi taxta, şüşşə, daş qırıntıları ilə dolu idi.
Elə bu anda şəkildə gördüyünüz əsgər Mövsümov Ayxan tərəfə bir daha sonra mən olan istiqamətə bir minamyot düşdü. Aralarında saniyə fərqi oldu.
Həmən vaxt havada o qədər mərmi uçurdu ki, ayrıd etmək olmurdu hansı istiqamətə gəlir.
Birinci minamyot düşəndə çevrilib əsgər tərəfə baxdım ki, görüm nəisə olmadı elə bu an ikinci minamyot biraz aralı düşdü və həyatım qaraldı.
Üzümdə o qədər istilik vardı ki, fikirləşdim üz nahiyəmi qəlpə tamamilə apardı və Allah mənə Şahidliyi nəsib etdi. Biraz keçdi əlimi alnıma çənəmə yaxınlaşdırdım... Artıq hər şey məlum idi. Hər iki gözümdən qan o qədər sürətlə əlimə ordan da yerə axırdı...
Qrup komandiri L/nt İbrahimov Bağı: Qaqa sən kimsən?
Bağı ilə xidməti münasibətlərdən başqa yaxın münasibətimiz var. Fikirləşdim ki, ilahi mənim üzüm nə günə düşüb, qan üzümü bürüyüb deyə Bağı məni tanımadı.
Hacıdır dedim inanmadı, branjiletimdə ad soyad sıra nömrəsindən tanıdı. Artıq sarğı paketini açıb gözümü sarıyırdı. Dedim komutan əsgərə nə oldu? Qoluna nə olub niyə qolum qışqırır?! Qolunu minamyot dirsəkdən aparmışdı.
Qrup komandiri israrla bizi arxaya qaytaracağını deyəndə qəti etiraz etdim. Götür qrupu yalnız irəli dedim. Çətində olsa komutanı razı saldım.
Əsgər Mövsümov Ayxan məndən biraz aralı oturmuşdu. Məndə öz beynimdə qarmaqarışıq bir xəyal qururdum, Ayxanın qışqıraraq özündən çıxması sükutu pozdu. Qolunun olmamasının, həyatının məhv olduğunu təkrar-təkrar deyərək özünü toparlaya bilmirdi. Psixoloji sarsıntı keçirə bilər. Cəld bu taktikanı işə saldım
Mən: Əsgər qalx gəl bura!, qardaşım mənim gözlərim görürsən yoxdur? İndi mənim gözlərimi torpağın, çınqılın arasından tap gətir mənə, cibimə qoyum aparacam.
Təxmini bir saat bəlkə də saatdan biraz artıq qəhrəman qardaşımıza gözümü axdartmışam.
Fikri dağıldı, özünü toparlaya bildi və məqsədimə nail oldum. Qolunu dirsəkdən biraz yuxarıdan iplə bağlamışdılar. Arada yanıma çağırıb ipi boşaldıb, biraz sonra yenidən sıxırdım. Qanqıreniya verə bilər qolunu tamamilə itirə bilərdi.
Biraz keçdi əsgər yenə komandir gedək-gedək deyə məni incitməyə başladı. Dedim gətir mənim silahımı, keçirək boynundan məndə sənin kürəyindən tutum gedək. Bunun silahı snayper idi, mənimki avtomat. Silahımı tapa bilmədi. Kiminsə silahı yararsız vəziyyətə düşüb deyə mənim silahımı aparıblar. Snayperi bu qolla bu vəziyyətdə işlətmək çətindir. Silahsız getmək ağılsızlıqdır. Getmək üçün şansımız yox idi. Əsgər çox israr etdi, icazə vermədim. Bir xeyli keçdi, əsgər yenədə gedək deyə təkrar edirdi. Ürəyimdə Allaha yalvarıram ki, bizdən bir nəfər gəlsin bunu götürsün aparsın, birdən başımıza bir iş gələr o dünyada cavab verə bilməyəcəm.
Birdən ayaq səsləri eşitdim, dedim bax gör kimdi, bizə tərəf ayaq səsləri gəlir. Əsgər öz hayında idi, cəld əl qumbaramı çıxardım elə bu anda qışqırdı: mənəm Əlizadə siz kimsiz?!
Gələn sanitar idi...

Qazi Hacı Vəliyev

Oxunub: 1 006
Oxşar xəbərlər
SON XƏBƏRLƏR