dini radikalizm və ekstremizmlə mübarizə

Bakının planının III mərhələsi: türk ordusu İğdırda – Sərkisyan

Bakının planının III mərhələsi: türk ordusu İğdırda – Sərkisyan

Müharibə hələ bitməyib. Artıq təsdiqlənmiş məlumatlara görə, İğdıra böyük bir türk ordusu gətirilib.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, bunu politoloq Suren Sərkisyan bildirib.

Politoloq deyib ki, bu, Azərbaycan planının üçüncü hissəsidir:

“Əslində Azərbaycanla müharibə hələ bitməyib, İğdırda böyük bir türk ordusu yerləşdirilib. Bu, ilk növbədə, Ermənistana təzyiq göstərir ki, öhdəliklərindən yayınmasın, razılaşmanı sona qədər yerinə yetirsin”.

Onun sözlərinə görə, hələ də heç kim Nikol Paşinyanın Azərbaycan üçün nələri öhdəsinə götürdüyünü bilmir:

“Bütün bu razılaşmalar icra olunana qədər Nikol Paşinyanın getməsi Rusiyanın vasitəçi kimi fəaliyyətini çətinləşdirəcək. Məhz bu səbəbdən Nikol hələ də hakimiyyətdə qalacaq”.

Oxunub: 349
Oxşar xəbərlər
SON XƏBƏRLƏR