dini radikalizm və ekstremizmlə mübarizə

“Xarı bülbül” ədəbi məclisinin fəaliyyəti bərpa edildi.

Uzun sürən fasilədən sonra 17 noyabr 2020-ci il tarixdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təsis etdiyi “Xarı Bülbül” ədəbi məclisinin toplantısı keçirildi. Məclisin sədri Mehriban Çələbi, müavin Azər Hacıbəyli və digərləi məclisin toplantısında iştirak etdilər.
“Xarı bülbül” Məclisinin gənc yazarlar bölümü yaradıldı. Bölümün rəhbəri Şölə Hüsdeyinova təyin edildi. Gənc yazarlara qayğı göstərmək məqsədi ilə yaradılan bölüm gələckdə gənc yazarların müsabiqələrinin keçirilməsi planlaşdırıldı.
Müharibə veteran, şairə Xalidə xanım öz əlləri ilə bişirdiyi tortu “Xarı bülbül” məclisinə hədiyyə etdi.
2017-ci il mart ayının 14-də təsis edilmiş Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctmia Birliyinin “Xarı bülbül” ədəbi məclisinın yarndığı zaman gözəl şairəmiz, vətənpərvər xanım Aybəniz Qafarlının çox əziyyəti oldu. Ədəbi məclisimiz iki ilə yaxın zaman kəsiyində çox passiv vəziyyətdə idi. Aybəniz xanımın yaradıcılığının məhsuldar dövrü olduğu üçün “Xarı bülübül” ədəbi məclisinin işləri biz az zəifədi. İndi isə Aybəniz xanımın səhətində problem yaranıb. Aybəniz xanıma allahdan şəfa diləyirik. Aybəniz Qafarlı bizim üçün həmişə arzu edilən dostdur onu aramızdan görməkdən çox məmnun olacağıq. Aybəniz Qafarlı “Xarı bülbül” mədəbi məclisi üzvlərinin ürəyindəsən gözəl bacım.
“Xarı bülbül” Ədəbi məclisnin fəaliyyətinin sürətlənməsi günün tələbidir. “Xarı Bülbül” Ədəbi məclisinin ürəyindəsiniz.
Şuşanın simvolu olan Xarı bülbül gülünün tanıdılması və Qarabağ mədəniyyətinin təbliği məqsədi ilə yaradılmış “Xarı bülübül” ədəbi məcliasinin dünya çapında fəaliyyət göstərməsinə çalışacağıq.
Dünyamıza xoş gəldin Şuşam,
Dünyamıza xoş gəldin Xarı bülbül!!!
“Xarı bülbül” ədəbi məclisinin keçirilməsinə iştirak edən və zəhməti olan hər kəsə təşəkkür edirik.
“Xarı bülbül” məclisinin işlərində uğurlar arzu edirik.

MVQSYİB-nin mətbuat xidməti.

“Xarı bülbül” ədəbi məclisinin fəaliyyəti bərpa edildi.



Oxunub: 418
Oxşar xəbərlər
SON XƏBƏRLƏR