dini radikalizm və ekstremizmlə mübarizə

"Türkiyə Azərbaycan" mahnısı Səfir Erkan Özorala təqdim olunmuşdur


Djb.az xəbər verir ki, Vətənpərvər bəstəkar Sevinc Tofiqqizı sözləri şairə Almaz İlahə Əhmədovaya məxsus olan "Türkiyə Azərbaycan" şerinə mahnı bəstələmiş, 2019-cu il Djb.az-ın media dəstəyi ilə BMM "İki dövlət, bir millət"i təmsil edən möhtəşəm təqdimat mərasimi keçirilmişdir.
Mahnının ifası tanınmış gənc müğənni Sevinc Musayevaya aid olduğu bildirilmişdir.
Cumhuriyyət bayramı münasibəti ilə bəstəkar Sevinc Tofiqqızı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bəylə görüşmüşdür.
Görüşün məqsədi iki qardaş ölkə arasında olan dostluq və sədaqət tellərinin daha da möhkəmlənməsi yolunda atılan addımlardan biri olan incəsənət sahəsində görülən işlərdən söz açmışdır. Qardaşlığımızın hər bir sahədə irəliləməsinin bariz nümunəsindən söz açan bəstəkar
“TÜRKİYƏ AZƏRBAYCAN” mahnısının diskini səfirə hədiyyə etmişdir.
Görüş zamanı söhbət əsnasında Türkiyənin sevinci bizim sevincimiz, kədəri də eyniylə bizim kədərimiz olduğunu bildirən bəstəkar Sevinc Tofiqqızı Azərbaycanla Türkiyə dostluğu sarsılmazlığı,
İki dövlət, bir millət olan qardaşlığımız əbədi olacağı haqqda, mahnının möhtəşəm sözlərində də öz əksini tapdığını bildirmişdir.

Oxunub: 559
Oxşar xəbərlər
SON XƏBƏRLƏR