dini radikalizm və ekstremizmlə mübarizə

TV -LƏR QƏHRƏMANLIQ DASTANINI YAZANLARA BİGANƏ QALMAYIN


Bu gün ictimai xadimlərdən biri 33 il jurnalistikada əməyi olan AzTv- nın əməkdaşlarından biri olmuş Mətanət Əsgərqızının bir yazısı diqqətimi cəlb etdi.
Müraciəti Tv rəhbərlərinə idi. Tutduğu iradlarda haqqlı idi. Düzdür işğaldan azad olunan torpaqların sevincini hər birimiz yaşayırıq. Tv kanallarına bu sevinci bölüşməyə nə üçün məhz yenədə eyni simalar dəvət olunur?. Bu torpaqları azd edən oğulların anaları var. O, qəhrəmanları dünyaya gətirən qəhrəman analarla birgə igid, qormaz böyüməsində haqı olan atalar var.
Şəhid qazi valideyinlərı var. Nədir, düşünürsüüz sizin verlişinizin retinqini yalnız manıslarmı yüksək saxlaya bilər? Ya da yalnız milli məclisdə yuxulayan millət vəkillərimi?
Hansın məşhurun övladı döyüş bölgəsindədir ? Verlişlərdə gündəmdə olan hansı millət vəkilinin, icra başçısının, politoloqların övladları ön cəbhədədir? Birini misal çəkin hələ...
Saxtalıq və yaltaqlıq baş alıb gedir. Siz yorulmaya bilərsiniz amma inanın səmimiyyətimə bu xalq saxta yalan bayağı verlişlərinizdən yorulub. Bu dediklərimə isə əminəm çünkü mən də bir ictimai xadim olaraq bu xalqın nümayəndələrindən biriyəm. Və xalqın içindəyəm. Nə yaxşı ki, Ali Baş Komandanın vətənpərvərlik mövzusunda çıxışları var. Yoxsa ki nə edəcəkdiniz verlişlərinizi nə ilə bəzəyəcəkdiniz. Yalnız şouiləmi? Əlamətdar günlərdə bir neçə Vətənpərvərlik mahnıları işıqlandırmaqla vətənpərvər olmurla. Bu kimi çıxışlar, verlişlər mahnılar həmişə olmalıdır. Layihələr üzərində işləyin. Bacarmırsınızsa kənar çəkilin, qoyun TV xalqın istədiyi verlişlərlə xidmət etsin.

PS. İnanıram ki, qələbəni qeyd etdikdən sonra, bu dövlətdə yerində olmayan rəhbər vəzifəli şəxslərin təmizlənməsi tezliklə həyat keçiriləcəkdir. Onların arasında Teleradio şirkətlərinində yeri olacaq.
Bu gün TV konallarındakı verlişlər yenədə retinq düşünərək çalışırlarsa demək ki, nəzarət yetərincə deyil.
Bu xalqa zəfər dəqiqələri yaşadan igidlər var o, igidlərin ailələri ilə maraqlanaraq sujetlər hazırlamaq olar. Bu atılan addım xalq tərəfindən də bəyəniləcəyinə əminəm. Vətən üçün sağlamlığını itirən hər bir qazi ailəsi bu diqqətə layiqdir. Torpaqları işğaldan azad etmək üçün qolunu, ayaqlarını, gözünün nurunu itirən gənclərimiz üçün nə etsək azdır. Hər birimiz bir ömür o, gənclərin qarşısında borcluyuq. Belə igidlərə borcunu verə bilməyənlərə isə aramızda yer yoxdur!

Almaz İlahə


Oxunub: 446
Oxşar xəbərlər
SON XƏBƏRLƏR