dini radikalizm və ekstremizmlə mübarizə

SƏNLİ SƏNSİZ KEÇƏN DƏYİŞMƏYƏN DOĞUM GUNUN MUBARƏK OLSUN ŞƏHİDİM


Əslən Zəngilan rayonundan olan Rəşid Baxşəliyev 23 oktyabr 1996-cı ildə anadan olub.
Əsgər Rəşid Baxşəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 12-si isə Rəşid Baxşəliyev Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Baxşəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rəşid Baxşəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Şəhidimiz evin yeganə oğul evladı idi.
Məkanı cənnət olsun.

Hazırladı: Ravin Həsənov

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR