dini radikalizm və ekstremizmlə mübarizə

16 Oktyabr - Ümumdünya Ərzaq təhlükəsizliyi günüdür!


16 oktyabr 1979 - cu ildən etibarən Ərzaq və Kənd təsərrüfatı Təşkilatının konfransı ilə Ümumdünya Ərzaq günü elan olunmuşdur. Günün elan olunmasında məqsəd əhalini dünyadakı ərzaq problemləri ilə məlumatlandırmaq, yoxsulluq və aclığa qarşı mübarizə aparmaqdır. Hər il dünyanın müxtəlif ölkələrində toplaşan təşkilat üzvləri dünyadakı aclıqla necə mübarizə aparacaqları üzərində çalışırlar. BMT ekspertlərinin məlumatına görə, Asiya və Sakit okean bölgəsinin ölkələrində xroniki aclıqdan təxminən 642 milyon nəfər əziyyət çəkir. Afrika və Saxaranın cənubunda bu rəqəm 265 milyon, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 53 milyon nəfər təşkil edir. Səneye cəhətdən inkişaf etmiş ölkələrdə isə ac insanların sayı 15 milyon nəfərdir. Ekspertlər hesab edirlər ki, istər qiymətlərin enməsi və iqtisadi rifah dövründə, istərsə də qiymətlərin kəskin artımı və iqtisadi tənəzzül dövründə aclıq çəkənlərin sayının artması ümumdünya ərzaq təhlükəsizliyi sisteminin idarə olunmasında mövcud olan qüsurlarla bağlıdır. Dövrümüzün ən böyük problemi ərzaqların istehsalının hesablanmasının düzgün aparılmamasıdır, həm fiziki, həm də iqtisadi cəhətdən qida və su ilə düzgün təmin olunmamaqdır.
Dünyada illik 2250 milyon ton taxıl və 7 milyard olan insan sayına diqqət yetirildikdə günlük insan başına düşən taxılın miqdarı təxminən 1 kq hesablanır.

İham Əliyev

Oxunub: 455
Oxşar xəbərlər
SON XƏBƏRLƏR