dini radikalizm və ekstremizmlə mübarizə

Bu da COVID-19-un əlaməti ola bilər - DİQQƏT!

Bu da COVID-19-un əlaməti ola bilər - DİQQƏT!

Dünyanın ikinci dalğasına hazırlaşdığı koronavirusun bir əlamətlə müəyyən edilməsi təəccüb doğurub.

Bu barədə türkiyəli professor Arif Şanlı deyib.

Onun sözlərinə görə, koronavirus qulaqda sinir hüceyrələrinə təsir edir, bu da başgicəllənmə ilə nəticələnir:

“Pandemiya zamanı başgicəllənmə müşahidə etsəniz, bunun COVID-19-la əlaqəli ola biləcəyini nəzərinizdə tutun”.

Alim bildirib ki, koronavirus qana qarışa bilən, beyin toxumasına nüfuz edən və sinir sistemini zədələyən virusdur:

“Dərhal sinirə yayıla bilir. Onun dad və qoxubilmə pozğunluğuna səbəb olması sırf sinir sisteminə təsirindən qaynaqlanır”.

O qeyd edib ki, ən geniş yayılan əlamətləri hərarət, quru öskürək, yorğunluq olan koronavirus bəzən əlamətlərini bildirmir.

Oxunub: 374
Oxşar xəbərlər
SON XƏBƏRLƏR